Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rusiya agentliyində çalışan azərbaycanlı jurnalist Xocalının anım günündə işdən çıxarıldı — Anti-erməni MÖVQEYİNƏ GÖRƏ
Rusiya agentliyində çalışan azərbaycanlı jurnalist Xocalının anım günündə işdən çıxarıldı — Anti-erməni MÖVQEYİNƏ GÖRƏ
Rusiyanın "Sputnik" informasiya agentliyinin Azərbaycan bürosunun şef redaktoru Mətin Yaşaroğlu işdən çıxarılıb.
Gundemxeber.az-ın əldə etdiyi məlumata görə, Mətin Yaşaroğlunun işdən çıxarılmasının siyasi xarakterli olduğu deyilir.
Jurnalistə yaxın şəxslər deyir ki, Mətin Yaşaroğlu Xocalı soyqırımının anım günü ərəfəsində "Sputnik"-in Moskvadakı baş ofisindən gələn sifarişlə işdən kənarlaşdırılıb.
Hələlik bununla bağlı rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Mətin Yaşaroğlu Ermənistana qarşı sərt mövqeyi ilə tanınan jurnalistlərdən olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?