Ermənilərin "Azərbaycana bir qarış da torpaq verməyəcəyik" şüarı ilə ikinci aksiyası 2 aprel tarixində baş tutacaq.
Gundemxeber.az Moderator.az-a istinadla xəbər verir ki, bu haqda Rusiya və Ukraynada nəşr olunan erməni saytları məlumat yayıb.
“Erməni milli qvardiyası” ictimai təşkilatının rəhbəri, kinorejissor Arşak Zakaryan jurnalistlərə açıqlamasında belə deyib:
"Biz avtomobillərlə Zodda(Kəlbəcər-S.L.) toplanacağıq. Oradan bütün sərhəd boyu avto-yürüşə başlayacağıq. “Karvaçar”dan(Kəlbəcər-S.L.) "Djrakan"a(Cəbrayıl-S.L) qədər - üç gün ərzində...”
P.S. Bəs cavabında biz, Azərbaycan olaraq hansı tutarlı aksiya təşkil edəcəyik?..
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?