Aznest” şirkəti “Özünüməşğulluq proqramı”nı necə barmağına dolayıb?..
Sahil Babayev faktiki olaraq “Aznest” şirkəti vasitəsi ilə “qaz vurub qazan doldurur”. Ancaq bu “qaz vurub qazan doldurma” əməliyyatında dövlət başçısının apardığı sosial-iqtisadi islahatların üzərinə gölgə düşürülür...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Özünüməşğulluq proqramı” uzun müddətdir mətbuatda ciddi tənqidlərə məruz qalır. Bunun da səbəbi təbii ki, proqram iştirakçılarının göstərilən xidmətdən, daha doğrusu onlara verilən avadanlıq və mal-qaradan narazı olmalarıdır. Ümumiyyətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Özünüməşğulluq proqramı”nda iştirak edənlər Dövlət Məşğulluq Xidmətinin onlara xəstə və qısır malqaranın, həmçinin yararsız avadanlıq və texnikanın verildiyini bildirirlər. Və demək olar ki, artıq bu şikayətlər kütləvi xarakter almaqdadır.
Gundemxeber.az-a Aran rayonlarında “Özünüməşğulluq proqramı”nda iştirak edən vətəndaşlardan daxil olan məlumatlarda bildirilir ki, onlara Ukraynadan gətirilən inəklər verilib ki, bu heyvanlar da yerli iqlimə uyğunlaşa bilmirlər. Şikayətçilər qeyd edirlər ki, Ukrayna cinslərini Azərbaycanda saxlayıb artırmaq üçün xüsusi imkanlar olmalı və həmin inəklər üçün “mədəni tövlələr” inşa olunmalıdır. Onların isə təbii ki, belə bir imkanlıarı yoxdur və imkanları olsaydı, o zaman heç dövlətə yardım üçün müraciət edib “Özünüməşğulluq proqramı”nda iştirak etməzdilər. Məsələ ondadır ki, bu heyvanlar həm yaşlı, həm də böyük əlsəriyyəti qısır və xəstədir. Həm də Ukrayndan gətirilmiş heyvanlar Azərbaycana gələn kimi iqlimə uyğunlaşa bilmədiklərindən xəstələnirlər. Bəzi şikayətçilər isə iddia edirlər ki, onlara ümumiyyətlə xəstə heyvanlar verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?