İran inqilab məhkəməsi vəkil və hüquq müdafiəçisi Nəsrin Sotudəni 10 il həbsə və 148 qamçı cəzasına məhkum edib.
Bu barədə Nəsrin Sotudənin əri Reza Xandan “France 24” kanalına məlumat verib.
Əvvəlki cəzaları ilə birlikdə iranlı qadın vəkili indi 15 illlik məhkumiyyət həyatı göləyir.
Reza Xandanın sözlərinə görə, xanım Sotudə 7 cinayətdə birdən ittiham olunur. Onu “sistemə qarşı mübarizədə”, “ictimai qaydanı pozmaqda” günahlandırırlar.
Bəhs olunan proseslərdən əlavə, hüquq müdafiçəisi İranın dini lideri Əli Xamneyini təhqir etməklə suçlanır.
Nəsrin Sotudəyə təyin olunan qamçı cəzası isə onun məhkəmə iclasına hicabsız gəlməsinə görə verilib.
“Amnesty İnternational” təşkilatı bununla əlaqədar bəyanat yayaraq, N.Sotude ilə bağlı qərarın ədalətsiz olduğunu vurğulayıb.
Xatırladaq ki, Nəsrin Sotudə ilk dəfə 2010-cu ildə hökumət əleyhinə və milli təhklükəsizliyə qarşı çıxdığına gör 6 il həbs cəzasına məhkum edilmişdi. 2013-cü ildə isə o, azad sözün müdafiəçisi kimi akademk Saxarov adına mükafata layiq görülüb.
2013-cü ildə prezident Həsən Ruhaninin təşəbbüsü ilə digər siyasi dustaqlarla birlikdə azadlığa çıxan irnalı dissident qaıdn
2018-ci ilin iyununda, bu dəfə casusluq maddəsi ilə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?