Gundemxeber.az xəbər verir ki, gecə saat 05 radələrində Nəsimi rayonu 20 Yanvar küçəsində “Mercedes” markalı, 10 OH 793 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən piyadanı vurub.
Ağır xəsarət alan orta yaşlı kişi hadisə yerində ölüb.
Hadisədən sonra avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxlayaraq kömək etməyə çalışsa da, artıq gec olub.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?