Sınıq körpünün Gürcüstan sərhəd keçid məntəqəsində Azərbaycan vətəndaşlarını incidirlər.
Belə ki, 15.03.2019 cu il tarixində Gürcüstan sərhədində olan milliyətcə erməni növbə rəisi Azərbaycan vətəndaşlarına qan uddurur. Verilən məlumatda bildirilir ki, erməni rəisi vətəndaşlarımızı yalandan şərləyərək cərimələr yazır. Hətta orada yerləşən mağazanın qarşısında otuz dəqiqə dayanmağa icazə verilsə də, bu erməni növbə rəisi Azərbaycan vətəndaşlarını orada beş dəqiqədən artıq görən kimi 50 lari cərimə yazır. Yazılan cərimə Gürcü dilində olduğundan, orada nə haqda cərimə yazıldığı bilinmir. Bu haqda Azərbaycanın Gürcüstandakı səfirliyinə bildirilsə də heç bir nəticə yoxdur. Həmin erməni növbə rəisi də Azərbaycan vətəndaşlarını incitməkdə davam edir. Biz yazdıq. Yəqin ki, Azərbaycan hökuməti məsələ ilə bağlı Gürcüstan hökumətinə öz mövqeini çatdıracaq...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?