Cəlilabad rayonunda körpə enerji batareyasını udması nəticəsində ölüb.
Hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.
Belə ki, 2017-ci il təvəllüdlü İbrahim Xalid oğlu Ağayevin halı pisləşdiyindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Müayinə zamanı onun mədəsində enerji batareyası aşkarlanıb. Həkimlərin səylərinə baxmayaraq, uşaq martın 26-da dünyasını dəyişib.
Qeyd edək ki, İ.Ağayev ailənin üçüncü övladı olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?