GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ramal İsrafilov video qalmaqalında adı hallanan qardaşından danışdı: "Mənim reaksiyam da sizinki kimi oldu..."

Ramal İsrafilov video qalmaqalında adı hallanan qardaşından danışdı: "Mənim reaksiyam da sizinki kimi oldu..."

Tarix: 2-04-2019, 11:14 Bölmə :Cəmiyyət Baxış: 418
Ramal İsrafilov video qalmaqalında adı hallanan qardaşından danışdı: "Mənim reaksiyam da sizinki kimi oldu..."


"Mənim üçün çox əziz, dəyərli olan Azərbaycan xalqı, məni sevən, həm də sevməyən və bəlkə də qəzəbli olan hər kəsə dərin hörmət və sevgi ilə yazıram bu düşüncələrimi. Hər kəsin lənətlədiyi, lakin hər kəs tərəfindən də dayanmadan, bəh-bəhlə paylaşılan bu videonu reytinq və izləyici toplamaq naminə guya qınamaq üçün tirajlayan "insanlar" və "xəbər saytlarə"... Məlum "3 qız" videosunun yayıldığı ilk gün mən də elə sizin kimi dost-tanışda gördüm. Hələ bu hadisənin kimlər tərəfindən və necə törədildiyi haqqında araşdırmalar başlamamışdı. Yəni bu video məsələsində mənim də qardaşımın adının hallanacağını heç təsəvvürümə belə gətirməyəcəyim bu hadisəyə reaksiyam sizin indiki reaksiyanız kimi oldu".

Bu sözləri müğənni Ramal İsrafilov sosial şəbəkədə yazıb. O, bir neçə gün öncə 3 çılpaq qızın yayılan videosunda qardaşı Valeh İsrafilovun adının hallanmasına belə münasibət bildirib:

"Mən də bu hadisəni qınadım, bu hadisəni nə Azərbaycan kişisinə, nə də Azərbaycan qadınına yaraşdırmadım. Bu videoda çılpaq qızlar haqqında düşündüklərinizin eynisini videonu çəkən və paylaşanlar haqqında düşündüm.

Bir kişi yetişdirsən o bir fərd olar, bir qadın yetişdirə bilsən, o ulus olar, millət olar. Bu baxımdan qadınlar mənim üçün çox dəyərlidir. Azərbaycan xanımları mənim analarımdır. Azərbaycan xanımları mənim bacılarımdır. Elə həm də o kişiləri böyüdəndir. Eyni zamanda bu və ya bu kimi videolarda qızların həyatını puç edən hər "uğurlu" və "zəngin" kişinin arxasındakı dəyərli varlıqdır. Bu toplumu yetişdirən, "Kişiyə olar, amma qadına olmaz" deyib qadını kişiyə əzdirəndir. Qızı olanda dünyaya gətirməkdən imtina edib, oğlu oldu deyə başqa qadınlara acıq verəndir. Qaynanadır, baldızdır, xaladır, bibidir... Bu cəmiyyətdə nə qədər ki, qadınlar qadınlara hörmət etməyəcək, həmcinsi ilə həmrəy olmayacaq, sevməyəcəksə, kişilərdən də qadınlara qarşı yüksək dəyərlər gözləməsin. Qadın qadını dəyərləndirsəydi, bu gün qadınlar əzilməz, nə də öldürülməzdi... Lakin, bir müddət sonra, qınadığım bu video haqqında yayılan xəbərlərdə qardaşım Valehin adını gördüm və hadisəni yenə də sizin kimi saytlardan oxudum. Və artıq Valehi Ramal İsrafilovun qardaşı kimi təqdim edirdilər. Beləcə istəməyərək məsələdə adı hallanan birinə çevrildim. Bəli, məsələdə adı hallanan Valeh, eyni zamanda hər şeydən xəbərsiz olan Vüsal və mən qardaşıq. Bu ölkənin qanunlarından üstün şərh və düşüncə yoxdur mənim üçün. Əgər insanlar səhv edirsə, onlar qanun qarşısında hesab verib cəzalarını alacaqlar. Qanun və hüquq heç kəsə üstünlük vermir və hər kəs bərabərdir. Qanun nəyi deyirsə, biz də ailə olaraq bunu deyirik.

Bu məsələdə hər kəsi bir az səbirli və o videoda olan xanımlara qarşı da həssas olmağa dəvət edirəm. Biz nə qədər insanları alçaltsaq, gələcəkdə namus adı ilə törədiləcək cinayətlər ehtimalını artıyacağıq.

Alova əlimizdə benzinlə getməyək, su ilə gedək. O qızlarımızın həyati təhlükəsini düşünək və etdikləri səhvləri düzətməyə fürsət verək. İnsanlara düzəlmə imkanı yaradaq. Axı ən pozğun insanın belə düz yola, haqq yoluna gəldiyi nümunələr də var. Allah bizə sonsuz səbr göstərib, sonsuz əfv fürsəti verib, tövbə qapısını həmişə üzümüzə açıq qoyduğu halda biz niyə bu qapıları bu gənclərin üzünə bağlayırıq? Bu qəzəbin, kinin qaynağı nədir, nədəndir? Gənclərin adəti səhv etmək, böyüklərin də adəti onları başa salıb düz yola çağırmaqdır, bağışlamaqdır.

İfaçı bibisi, xalq artisti Mələkxanım Əyyubovanın "Qardaşım oğlanlarını həyatımdan silmişəm" sözlərinə də toxunub:
"Bu hadisə əminəm ki, hər kəsə bir dərs verdi. Mən də öyrəndim ki, qohum da olsa, ən çətin anlarda hər kəs ilk növbədə özünü düşünür və bəlkə də düşünməlidir, bilmirəm. Amma bildiyim odur ki, ətrafımda baş verən hadisələri anlamayacaq qədər körpə, unudacaq qədər də yaşlanmamışam. Hər kəsə kənarda durub hadisələri şərh etmək, ya da dərhal hakim kürsüsünə çıxıb mühakimə etmək çox asan gəlir. Bu sözüm isə ünvanlıdır. Bu gün keçmişinə dönüb baxmağa utanan, hətta hekayəsi qarmaqarışıq və bulanlıq olanlar indi "namus keşikçiləri" olub, əxlaq dərsi keçir. Bu dərsinizi özünüz də yaxşı öyrənsəniz, daha təsirli danışarsınız".

Qardaşının əməlinə görə adı media gündəmini zəbt edən İsrafilov jurnalistlərə də müraciət edib:
"Adımı mətbuatda hallandıran jurnalistlərdən də cavab haqqım olaraq bu yazımı mənim mövqeyim kimi paylaşmalarını gözləyirəm. Ədalətli olduqlarını göstərmə zamanıdır.

Doğruları və yalnışları ilə onlar mənim qardaşlarımdır. Qardaşın, bacının, oğulun, qızın, ananın və atanın səhvlərinə görə onları kəsib ata bilmərik. Axı ət dırnaqdan ayrılmaz. Ayrılanda da acısı betər olur. Qardaş olsaq da, ayrı fərdlərik və hər fərd öz əməllərinə cavabdehdir. 5 barmağın beşinin də eyni olmadığı kimi hər ailədə də insanlar eyni deyil və bir birinin səhvlərinə cavabdeh deyil. İnsan səhvsiz olmur və biz səhvlərimiz üzərində öyrənirik. Səhvlərimiz bizə doğru yolu tapmağımıza kömək edir.

Əgər səhvlərinə və günahlarına görə insanları linç etsək, orta əsrlərdəki kimi inkvizisiya məhkəməsi qurub onları cəzalandırsaq o zaman bu cəmiyyətin qanunları, hüquq və məhkəmə sistemi nəyə lazımdır?
Ya da Hz İsanın təklif etdiyi cəzalandırma sistemini tətbiq etsək, yəni ilk daşı səhvi olmayan atsın desək, kim birinci daş atar? Var mı belə biri aramızda?"

Qeyd edək ki, videonu çəkən Cahid adlı şəxsə həmin qızları V.İsrafilovun göndərdiyi deyilir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çılpaq videoya görə saxlanılan Mələkxanım Əyyubovanın qardaşı oğludur

    Çılpaq videoya görə saxlanılan Mələkxanım ...

    1-04-2019, 16:36

  • 
  • Ramal əsəbləşdi: "Ağıllı olun"

    Ramal əsəbləşdi: "Ağıllı olun" ...

    30-06-2016, 11:52

  • 
  • Azərbaycanlı müğənni yayılan çılpaq videosundan danışdı: “Mən o videonu…” – Video

    Azərbaycanlı müğənni yayılan çılpaq videosundan ...

    25-10-2018, 21:32

  • 
  • “Məni niyə biabır edirsən?” - Maral porno videodan danışdı

    “Məni niyə biabır edirsən?” - Maral porno ...

    8-12-2017, 13:54

  • 
  • Yusif Mustafayev haqqında yayılan məlumatlardan danışdı: “Hamısı yalandı”

    Yusif Mustafayev haqqında yayılan məlumatlardan ...

    31-01-2014, 18:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu