Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə həbsdən buraxılmış sabiq müstəntiq Rüfət Səfərovun ölkədən çıxışına qadağa hələ də götürülməyib.
Bu barədə sabiq müstəntiqin atası, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlu məlumat verib.
“Rüfət Səfərovun müalicəyə ciddi ehtiyacı olduğuna görə Türkiyəyə aparmaq istəsək də, dövlət səviyyəsində maneçilik törədilir. Baş Prokurorluq tərəfindən tətbiq edilən “stop” qadağasını, müraciətlərimizə baxmayaraq, üzərindən götürmək fikirləri yoxdur. Halbuki əfv haqqında əsasnaməyə əsasən dövlət başçısının sərəncamından sonra məhbusun üzərindəki bütün məhdudiyyətlər ləğv edilir”.
“Həbsxanadakı işgəncələr, görünür, kifayət etmədiyindən azadlıqda da bu kimi psixoloji təhdidlərlə sabiq müstəntiqə əziyyət verməyi, onu ağır sıxıntılara məruz qoymağı öhdəlik götürüblər. Yaxınlarda eşitdiyim bir söz məni lap təəccübləndirdi. Guya R.Səfərov müalicə adı altında ölkəni tərk edərək xaricdən iqtidarın əleyhinə müxalifətçilik etməyi qarşısına məqsəd qoyub. Bu dərrakə, bu ağılla necə dövlət işində çalışırlar görəsən?!”, - E.Sabiroğlu bildirib.//azpolitika.info
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?