Amnesty International hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun yenidən həbs olunması ilə bağlı etirazını bildirib və onun dərhal azadlığa buraxılmasını tələb edib.
Təşkilat öz tərəfdarlarını prezident İlham Əliyevə və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova müraciəti imzalamağa çağırıb.
Müraciətdə məhbuslara qarşı işgəncələrə və onlarla pis rəftara son qoyulmasına çağırılır.
Belə ki, aprelin 2-də Apellyasiya Məhkəməsində Bayram Məmmədov bildirib ki, işgəncələrə məruz qalıb.
Onun ailə üzvləri bildiriblər ki, Bayram Məmmədovun üzündə qançır izləri olub. Hakimiyyət onun yanına vəkilini buraxmayıb.
Xatırladaq ki, Bayram Məmmədov Azərbaycan prezidentinin 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılıb. Əfvindən iki həftə keçmiş yenidən 30 sutka inzibati qaydada həbs olunub. Onun həbsi tənqidi çıxışından sonraya təsadüf edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?