GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məktəb direktoru şagirdin intiharı araşdırması ilə bağlı vəzifəsindən kənarlaşdırılıb

Məktəb direktoru şagirdin intiharı araşdırması ilə bağlı vəzifəsindən kənarlaşdırılıb

Tarix: 8-04-2019, 23:09 Bölmə :Cəmiyyət Baxış: 462
Məktəb direktoru şagirdin intiharı araşdırması ilə bağlı vəzifəsindən kənarlaşdırılıb


Bu günlər Bakıda VIII sinif şagirdinin vəfat etdiyi 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə Təhsil Nazirliyinin aprelin 8-də axşam saatlarında yaydığı məlumatda yazılıb.

Məlumatda qeyd edilir ki, bu əmr hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin apardığı xidməti araşdırma ilə əlaqədar yaranmış zərurətdən irəli gəlib:

“Hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə Təhsil nazirinin 8 aprel tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb”

Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Əfqan Kərəm oğlu İsgəndərova həvalə edilib.

Bir məktəblinin intiharı...

Bundan əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Azərbaycan mediası aprelin 4-də Bakıdakı 162 saylı məktəbdə VIII sinif şagirdlərindən birinin intihara cəhdi barədə xəbərlərə diqqət çəkib. Yayılan bilgilərə görə, həmin şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. O daha sonra 1 saylı Klinik Xəstəxanaya yerləşdirilsə də, aprelin 6-da, günorta saatlarında yaşamını itirib.

Şagirdin intihar edərək həyatına son qoymasını anası S.H da təsdiqləyib.

Olayı ailə bir cür, məktəb başqa cür yozur
Hadisənin baş vermə səbəbinə gəlincə, məktəb rəhbərliyi ilə ailənin mövqeyi üst-üstə düşmür. Anası qızının hər hansı psixoloji probleminin olmadığını söyləyir və iddia edir ki, məktəbdə qızına olan münasibət intihara yol açıb. Ana bəzi məktəblilərin davranışına ayrıca diqqət çəkərək vurğulayıb ki, belə davranışlar haqqında məktəb rəhbərliyinə məlumatlar versə də, onun sözlərinə məhəl qoyulmayıb: "Qızımın problemi olsaydı, bunu mən bilərdim".

Şagirdin anası deyib ki, intihara cəhddən sonra məktəb əməkdaşları bir müddət qızının səhhəti ilə də bağlı ona düzgün məlumat verməyiblər.​

Xəstəxanadan: "Vəziyyəti çox ağırdır"
Şagirdin vəfatından bir neçə saat öncə AzadlıqRadiosuna 1 saylı Klinik Xəstəxanadan bildirmişdilər ki, məktəbli qızın "vəziyyəti ağırdır, özü də çox ağırdır".

Məktəb direktoru nə deyir?

"Report" agentliyinin məlumatına görə, 162 saylı tam orta məktəbin direktoru Sevinc Abbasova sözügedən məktəblinin ölümüylə bağlı onun ailə üzvlərinə başsağlığı verib. O da bildirilir ki, direktor sosial şəbəkə istifadəçilərindən və media nümayəndələrindən olayın həssaslığının nəzərə alınmasını xahiş edib.

Ölən məktəbli qızın daha əvvəl 49 nömrəli "İntellekt" məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil aldığını söyləyən direktor onun ötən ilin noyabrında 162 saylı məktəbə köçürüldüyünə diqqət çəkib. "Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub. Onun müxtəlif davranışları barədə özü və anası ilə məktəb psixoloqunun da iştirakı ilə bir neçə dəfə söhbət aparılıb və bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub", direktorun yaydığı məlumatda belə deyilir.

Şagirdlərdən və məktəb psixoloqundan, hələlik, baş verənlərə münasibət almaq mümkün olmayıb.

Fakt üzrə cinayət işi açılıb

Hadisə ilə bağlı aprelin 6-da Bakı Şəhər Prokurorluğu və Təhsil İdarəsi birgə açıqlama yayıb. Məlumatda intihar faktına dair cinayət işi qaldırıldığı bildirilir.

Rəsmi qurumlar qeyd edirlər ki, 162 saylı məktəbin şagirdi 3-cü mərtəbədən yıxılandan sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, aprelin 6-da xəstəxanada vəfat edib.

Məlumatda o da vurğulanır ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Digər zəruri istintaq tədbirləri də həyata keçirilir.

Eyni zamanda qeyd edilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu məsələ ilə bağlı xidməti araşdırma aparır.

Ekspertlər nə deyirlər?

Baş verən hadisə media və sosial şəbəkələrdə qızğın müzakirə edilir. İndi bəzi ekspertlər vurğulayırlar ki, bu hadisə məktəblərdə psixoloq ştatının da önəmini ortaya çıxarır. Onların fikrincə, bəzi məktəblərdə psixoloqlar yalnız kağız üzərində fəaliyyət göstərirlər.

Ekspertlər məktəb psixoloqlarının ildə bir dəfə, valideynlərin də imzalaması şərtiylə, hər uşağın psixoloji durumu barədə arayış tərtib etməsini vacib sayırlar.

Psixoloq: "Vahid antiintihar proqramı hazırlanmalıdır"

"Ümumiyyətlə, yeniyetmələrə maksimalist olmaq, yalnız "ağ-qara" tandemi və ya "yaxşı-pis" ayrımları aparmaq xarakterikdir".

Psixoloq Azad İsazadə bunu 162 saylı məktəbin şagirdinin ölümü ilə bağlı bildirib.

Azad İsazadə deyir ki, bəzən məktəbdə və ya sinifdə hansısa naməlum səbəbdən bir şagirdə mənfi münasibət formalaşır, o, bir növ, boykot edilir: "Həmin məktəbli də ona olan münasibətlərə intiharı ilə cavab verib".

O vurğulayır ki, məktəblərdə psixoloq ştatı var, psixoloq hamıya nəzarət edə bilmir: "Fiziki baxımdan bu, mümkün deyil. İkincisi, məktəb belə münasibətlərə yetərli yanaşmalı ikən, bunu etmir. Üçüncüsü, ölkədə belə hallara qarşı vahid psixoloji proqram yoxdur".

Azad İsazadə hesab edir ki, ölkədə vahid proqrama əsasən, vahid diaqnostik yanaşma təmin edilməlidir: "Burada məktəb (həm də psixoloq) - valideyn-şagird tandemi yaradılmalıdır, məktəbdəki mənfi və ya müsbət stereotiplər, onun inkişafı öyrənilməlidir. Bundan əlavə, Koordinasiya Mərkəzi yaradılmalıdır ki, belə halları elmi baxımdan öyrənmək və perspektivi müəyyən mənada proqnozlaşdırmaq mümkün olsun. Həm də Təhsil Nazirliyi belə məsələlərə dair psixoloji-metodik proqramlar hazırlamalıdır".//AzadlıqRadiosu​
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda məşhur məktəbin direktoruna TÖHMƏT VERİLDİ

    Bakıda məşhur məktəbin direktoruna TÖHMƏT VERİLDİ ...

    5-04-2018, 10:35

  • 
  • Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı

    Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı ...

    20-06-2013, 10:52

  • 
  • Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı

    Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı ...

    20-06-2013, 11:09

  • 
  • Qalmaqallı liseyin direktoru işdən çıxarıldı

    Qalmaqallı liseyin direktoru işdən çıxarıldı ...

    1-12-2017, 19:19

  • 
  • Axtarışda olan məktəb direktoru danışdı: “1000 manat borcum vardı”

    Axtarışda olan məktəb direktoru danışdı: “1000 ...

    27-08-2015, 22:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu