Apreldə 22-də dünyada Yer Günü qeyd olunur. ABŞ-ın Azərbaycandakı səfriliynin təşəbbüsü ilə təbiət və ətraf mühitə qayğını nümayiş etdirmək üçün ABŞ dövləti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının məzunları və səfirliyin icma üzvləri Abşeron yarımadasındakı çimərliklərin təmizlənməsi işində iştirak edib.
Beynəlxalq Yer Kürəsi Günü və ya "Ağac Günü"nün keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. ABŞ senatoru Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək olub.
Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırıb. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətlənib. XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf mühitin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başlayıb.
Azərbaycanın 2019-cu il dövlət büdcəsindən ətraf mühitin mühafizəsi üçün 14.684.206 manat vəsait ayrılıb. Ayrı-ayrı şirkətlərin ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı xərcləri barədə rəsmi statistika aparılmır. Bununla yanaşı, Azərbaycanın neft-qaz sektorunda çalışan xarici şirkətlərin ekologiya və ətraf mühitin qorunması ilə bağlı proqramlar həyata keçirmələri barədə yerli mediada ara-sıra məlumatlar dərc edilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?