“Ev dustaqlığı ilə bağlı qərarı oxudum. Mən Azərbaycan qanunverciliyi çərçivəsində o xanımın layiqincə cəzalandırılacağına tam inanıram. Mən qızımı itirmişəm, əlim-qolum bağlanıb…”
Gundemxeber.Az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev məktəbin sabiq direktoru Sevinc Abbasovanın dünən verilən qərarla ev dustaqlığına məhkum olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O deyib ki, Sevinc Abbasovanın cəzalandırılacağına əmindir: “Bütün bu işlər davam etdirilir və mən Azərbaycanda ədalətə inanıram. Ədalətli qərar çıxarılacaq və mənim balamın qanı yerdə qalmayacaq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?