GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Eldar Mahmudovun əmisi oğlunun ifadəsi yayıldı: “Mənə pul çatmayıb” – Şok sözlər

Eldar Mahmudovun əmisi oğlunun ifadəsi yayıldı: “Mənə pul çatmayıb” – Şok sözlər

Tarix: 20-04-2019, 19:17 Bölmə :Cəmiyyət Baxış: 416
Eldar Mahmudovun əmisi oğlunun ifadəsi yayıldı: “Mənə pul çatmayıb” – Şok sözlər


Dövlət əmlakını mənimsəməkdə, hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun istintaqa verdiyi ifadəsi məlum olub.

Vüqar Mahmudov ifadəsində dövlət əmlakını mənimsəmə, iş adamlarından, eləcə də tanınmış şəxslərdən hədə-qorxu yolu ilə pul tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədilmə, vəzifə saxtakarlığı, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ittihamları ilə özünü təqsirli bilməyib.

Vüqar Mahmudov bildirib ki, 2000-ci ildə Azərbaycan İqtisad Universitetinin Dövlətin hüquqi idarəetməsi fakültəsinin bitirib, 2001-2004-cü illərdə daxili işlər orqanlarında, 2004-cü ildən 2015-ci ilədək isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləyib: “Sonuncu iş yerim Antiterror Mərkəzinin 1-ci şöbəsinin rəis müavini vəzifəsi olub. 2015-ci ilin oktyabrın 25-də polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmışam”.

Vüqar Mahmudov qeyd edib ki, biznesmen Maqsud Mahmudovu tanımayıb: “Onunla bağlı MTN-də hər hansı araşdırma aparılmasından, o cümlədən 2015-ci ilin iyul-sentyabr aylarında həbs olunmaması və barəsində rüsvayedici məlumatların yayılmaması müqabilində Antiterror Mərkəzinin vəzifəli şəxsləri vasitəsi ilə 120 min ABŞ dolları pul verməsindən məlumatım yoxdur.

Qeyd olunan pulun 70 min dolları hissəsi mənə verilməyib”.

Vüqar Mahmudovun sözlərinə görə, Rafiq Səfərovun Tural İsgəndərlini qanunsuz saxlayıb, MTN-in Xəzər rayon şöbəsinə aparması, orada saxlanılması barədə ona məruzə olunmasını xatırlamır: “MTN-in Xəzər rayon şöbəsinin vəzifəli şəxslərinin Tural İsgəndərlidən 10 min ABŞ dolları, 500 manat almalarından, Rafiq Səfərovun MTN-in Binəqədi rayon şöbəsində siqaret qaçaqmalçılığı ilə məşğul olan şəxslər barəsində əməliyyat keçirməsindən məlumatım olmayıb.

Rafiq Səfərova siqaret qaçaqmalçılığı ilə bağlı əməliyyat keçirməsi, eləcə də onun tərəfimdən saxlanılmış siqaretlərin buraxılması barədə tapşırıq verməmişəm”.

Vüqar Mahmudovun ifadəsinə görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və digərləri ilə əməliyyat-axtarış tədbirlərinin icrası adı ilə zərurət olmadan nazirliyin xəzinəsindən 2.971.300 manat pul vəsaitinin ələ keçirilərək mənimsənilməsindən dəqiq məlumatı yoxdur.

Vüqar Mahmudov qeyd edib ki, Tağı Əhmədovu Bakı Metropoliteninin sabiq rəisi kimi tanıyıb: “Onunla şəxsi münasibətlərim olmayıb, onunla heç vaxt görüşməmişəm, telefonla danışmağımı xatırlamıram. Tağı Əhmədovla danışaraq problemini Akif Çovdarovla həll etməsinə dair sabiq nazir Eldar Mahmudovun göstərişini ona çatdırmağımı dəqiq xatırlamıram.

Akif Çovdarov və digərlərinin hədə-qorxu yolu ilə Tağı Əhmədovun 3.000.000 manatını ələ keçirməsi barədə məlumatın yoxdur. Ümumiyyətlə Tağı Əhmədovdan hər hansı məbləğdə pul alınmasına inanmıram və mənə həmin puldan heç nə verilməyib”.

Vüqar Mahmudov iş admalarının qanunsuz dinlənilmələri, Maqsud Mahmudov, Zaur Əzimov, Sahib Qurbanovun, külli miqdarda pul vəsaitlərini və əmlaklarının ələ keçirməsi barədə sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun əmisi oğlunun istintaqı başa çatdı

    Eldar Mahmudovun əmisi oğlunun istintaqı başa ...

    9-04-2019, 12:22

  • 
  • Eldar Mahmudovun əmisi oğlu daha 3 ay həbsdə qalacaq - QƏRAR

    Eldar Mahmudovun əmisi oğlu daha 3 ay həbsdə ...

    27-02-2019, 14:45

  • 
  • Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadılıb

    Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti ...

    28-06-2018, 20:15

  • 
  • ​Eldar Mahmudovun əmisi oğlu nədə ittiham olunur? - CİNAYƏT İŞİ

    ​Eldar Mahmudovun əmisi oğlu nədə ittiham olunur? ...

    9-11-2017, 13:30

  • 
  • ​Eldar Mahmudovun əmisi oğlu ev dustaqlığına buraxılmadı

    ​Eldar Mahmudovun əmisi oğlu ev dustaqlığına ...

    23-01-2019, 15:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu