GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Polis əməkdaşı 14 yaşlı qıza dəfələrlə təcavüz etdi, sonra... - Azərbaycanda ŞOK OLAY

Polis əməkdaşı 14 yaşlı qıza dəfələrlə təcavüz etdi, sonra... - Azərbaycanda ŞOK OLAY

Tarix: 30-04-2019, 05:54 Bölmə :Cəmiyyət Baxış: 1 449
Polis əməkdaşı 14 yaşlı qıza dəfələrlə təcavüz etdi, sonra... - Azərbaycanda ŞOK OLAY


Lənkəran şəhərində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Samir Ağayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Samir Ağayev həbs olunana kimi Lənkəran şəhər-rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri olub.

Samir Ağayev 2016-ci ildən başlayaraq Lənkəran sakini, 2002-ci il təvəllüdlü Lamiyə Səmədova ilə cinsi əlaqədə olub. O, Lamiyə ilə bu intim münasibəti 2017-ci ilədək müddətə davam etdirib.

İntim əlaqə və ittiham

İstintaq sənədlərinə görə, Samir Ağayev Lamiyə Səmədova ilə dəfələrlə sonunucunun yaşadığı evdə yataq otağında, müxtəlif vaxtlar da isə özünə məxsus “Vaz-2105” markalı avtomobildə təbii və qeyri təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Samir Ağayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Bizim münasibətləri anası bildi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samir Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, təxminən 2016-cı ildə Lamiyə ilə tanış olub: “Bu tanışlıqdan sonra öz istifadəmdə olan mobil telefon nömrəsini ona təqdim etdim. Həmin vaxtdan Lamiyə ilə görüşdük. Sonradan Lamiyənin anası Tamara bizim münasibətlərimizi bildi və bu münasibətə qarşı oldu”.

“Mənimlə münasibətini kəsmədi”

Samir Ağayev qeyd edib ki, Lamiyə ona 17 yaşı olduğunu deyib: “Lamiyə ilə tanış olan zaman onun 16 yaşı olması barədə məlumatım olmayıb. Sonradan münasibətimiz barədə Lamiyənin atası Camal da xəbərdar oldu. Bundan sonra aramızda ədavət yarandı. Camal ilə bir neçə dəfə kənddə görüşdük. Camal Lamiyəni mənə verməyəcəyini dedi. Lakin Lamiyə yenə də mənimlə münasibətini kəsmədi. Mütəmadi olaraq görüşdük və onunla danışdıq”.

“Cinsi əlaqədə olmamışam, xəsarət yetirməmişəm”

Samir Ağayev qeyd edib ki, 2017-ci ilin sonlarında nənəsini və əmisini Lamiyənin valideynlərinin evinə elçi göndərib və onların razılığını alıblar: “Bundan sonra da biz mütəmadi olaraq müxtəlif məkanlarda dəfələrlə görüşmüşük. Lakin Lamiyəni adını bilmədiyim hərbi qulluqçu ilə yazışdığını bildikdən sonra 2018-ci ilin yanvar ayının sonlarında onunla münasibətlərimiz pozuldu. Lamiyəyə heç vaxt zor tətbiq etməmişəm, onunla cinsi əlaqədə olmamışam. Ona hər hansı bir xəsarət yetirməmişəm”.

“Məni istədiyini dedi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Lamiyə Səmədova bildirib ki, valideynləri ilə birlikdə yaşayır, Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsidir.

Lamiyə Səmədovanın sözlərinə görə, həmyerlisi Samir Ağayev 2016-cı ilin dekabrında ona yaxınlaşıb və onu istədiyini deyib: “Mən öz istəyimlə mobil telefonunumu ona verdim. Biz bir-birimiz ilə əlaqə saxladıq”.

“15 yaşım olduğunu bilib”

Lamiyə Səmədova qeyd edib ki, 2017-ci ilin əvvəllərində bu barədə anası Tamara bilib və Samirlə danışmağı ona qadağan edib: “Lakin biz münasibətlərimizi davam etdirdik. Sonradan atam da bu münasibətdən xəbər tutdu və mənimlə söhbət edərək Samirdən uzaq gəzməyimi tapşırdı. Amma Samirlə yenə münasibət saxladım. Samir mənim təvəllüdümü və 15 yaşım olduğunu dəqiq bilib, yaşlarımız arasında fərq olması məsələsi dəfələrlə valideynlərim tərəfindən Samirə deyilib”.

“Zorla mənimlə cinsi əlaqədə oldu”

Lamiyə Səmədova deyib ki, 2017-ci ilin mayın sonlarında, dəqiq tarixini xatırlamadığı gün Samir onunla görüşüb və həmin gün günorta saatlarında Samir özünə məxsus avtomaşınla onu məktəbdən götürərək Lənkəran rayonu, Girdəni kəndində istifadəyə verilməmiş "İpək yolun" üzərinə aparıb: “Orada Samir mənimlə təbii yolla zorla cinsi əlaqədə oldu. Aramızda müəyyən narazılıqlar olsa da, lakin bundan sonra da Samirlə münasibətlərimiz davam etdirdik. Bu ərəfədə Samir bizə iki dəfə elçi göndərdi. Lakin valideynlərim razılıq vermədilər. Sonrakı vaxtlarda aramızdakı münasibətlər korlandı. Baş vermiş münaqişə zamanı Samir məni döydü”.

“Evlənəcəyimizi dedi, mənimlə cinsi əlaqədə oldu”

Zərərçəkmişin sözlərinə görə, 14 yanvar 2018-ci il tarixdə axşam vaxtı Samir onlara gəlib: “Bir az söhbət etdikdən sonra Samir mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Razılıq vermədikdə, Samir evlənəcəyimizi dedi, mənimlə cinsi əlaqədə oldu. Valideyinlərimin xəbər tutmasından qorxdum, səs-küy salmadım. Sonradan Samirin məni döyməsinə görə valideynlərimlə Samir arasında münaqişə yarandı. Onlar Samirin hərəkətlərindən polisə şikayət etdi. Mən də onunla münasibətləri kəsdim”

“Məndən əl çəkmədi”

Lamiyə Səmədova qeyd edib ki, Samir yenə ondan əl çəkməyib, ona mütəmadi hədə-qorxu gəlməkdə davam edib: “Biz də polisə şikayət etdik. Ekspertizaya gedən zaman valideynlərim mənim yanımda olub. Hadisədən uzun müddət keçib, bu səbəbdən çox şeyi xatırlamıram”.

Bu cinayət işinə Lənkəran şəhər Məhkəməsində baxılıb. Hakim Mütəllim İsayevin sədrliyi ilə aparılan araşdırma zamanı Samir Ağayevin törətdiyi əməl tam sübuta yetirilib.

2 il həbs

Məhkəmənin hökmü ilə Samir Ağayev 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilib.

Məhkəmə Samir Ağayevin barəsində həbs qətimkan tədbiri seçib. O, məhkəmə iclas zalından dərhal həbs edilib.

Hökmdən narazı qalan Samir Ağayev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, şər-böhtana məruz qaldığını qeyd edib. Barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin hökmdən narazı qalan zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Onlar Samir Ağayevə təyin olunan cəzanın həddindən artıq yüngül olmasından narazılıq ediblər. Zərərçəkmiş və onun qanuni nümayəndəsi Samir Ağayevin cəzasının ağırlaşdırılmasını tələb ediblər.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət araşdırılması üçün hakim Ələsgər Novruzovun icraatına verilib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin olunmayıb./Publika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nişanlısının bakirəliyini pozdu,qeyri-təbii yolla cinsi əlaqədə oldu, sonra... - Oğuzda ŞOK HADİSƏ

    Nişanlısının bakirəliyini pozdu,qeyri-təbii yolla ...

    24-07-2017, 15:10

  • 
  • “VAZ-2107”-də zorla İNTİM MÜNASİBƏT: qızı maşına mindirdi, kəndə apardı... - QAZAXDA

    “VAZ-2107”-də zorla İNTİM MÜNASİBƏT: qızı maşına ...

    4-07-2017, 19:25

  • 
  • 16 yaşlı oğlan məktəbin həyətində azyaşlı qızı zorladı, evinə getdi, sonra dəfələrlə... - Bakıda BİABIRÇILIQ

    16 yaşlı oğlan məktəbin həyətində azyaşlı qızı ...

    5-05-2018, 23:52

  • 
  • Şirvanda üç uşaq atası 9 yaşlı qızı zorladı – 10 manat borca görə

    Şirvanda üç uşaq atası 9 yaşlı qızı zorladı – 10 ...

    5-08-2017, 14:52

  • 
  • Sarayda dəhşətli hadisə : 25 yaşlı oğlan 9 yaşlı uşağı dəfələrlə zorladı

    Sarayda dəhşətli hadisə : 25 yaşlı oğlan 9 yaşlı ...

    12-11-2017, 11:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu