Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş İdarəyə İmişli sakini Rafiq Əhmədovun üzərində qanunsuz olaraq odu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs Abşeron rayonu ərazisində polislər tərəfindən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Zəfər” markalı tapança, 1 ədəd sandıqça və 10 ədəd patron aşkar olunaraq götürülüb.
R.Əhmədov ifadəsində tapançanı tanışı Samir adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Yasamal rayon sakini Samir Həsənov da saxlanılaraq istintaqa təqdim edilib. S.Həsənov ifadəsində silahın ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı hər iki şəxs barəsində Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 228.1(Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb. Barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?