Azərbaycan Respublikasının I Vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya
Möhtərəm Mehriban xanım! Rzazadə Vüsal Məhəmməd oğlu 1977-ci ildə şair-ziyalı ailəsində anadan olub. Gənc yaşından Jurnalistlər Birliyinin üzvüdür. Uzun illərdən bəri mətbuat sahəsində çalışıb, bədii yaradıcılıqla məşğuldur. Jurnalistika fəaliyyəti ilə yanaşı ictimai-siyasi fəaliyyəti ilə də dövlətçiliyə xidmət etmiş şəxsdir. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın qardaşıdır. Anası şairə Tamaşa Xəyali uzun sürən ağır xəstəlikdən vaxtsız vəfat etmiş, atası ağır ürək əməliyyatı keçirmişdir. Özü qəfil xroniki böyrək çatışmazlığı xəstəliyi ilə üzləşmişdir. İki azyaşlı qız atasıdır. Ailənin maddi imkanı bu xəstəliyin müalicəsi, orqan köçürülməsinə yetərli deyil. Hörmətli Mehriban xanım! Sizin imkansız ailələrə, ağır xəstəliklə sınağa çəkilən şəxslərə qayğıkeş ana, mərhəmətli və fədakar Azərbaycan qadını kimi köməklik göstərdiyinizi bütün xalqımız bilir. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondunun rəhbəri kimi indiyə qədər minlərlə ailəyə ümid, sevinc, sağlamlıq və həyat bəxş etmisiniz. Vüsal Rzazadənin hazırkı vəziyyətini nəzərə alıb onun müalicəsi üçün köməklik etməyinizi Sizdən xahiş edirik. İnanırıq ki, Vüsal Rzazadə Tanrının qisməti, Sizin mərhəmətiniz sayəsində bundan sonrakı ömrünü sağlam yaşayacaq, öz balalarının xoşbəxt gələcəyini ata sevinci ilə qarşılayacaq.
Sizə sonsuz hörmət və ehtiramla:
Millət vəkili Qənirə Paşayeva “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Əməkdar jurnalist, şair Qulu Ağsəs Jurnalist Ceyhun Musaoğlu Jurnalist Vüsalə Eyyubqızı Jurnalist, yazıçı Cavid Zeynallı “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Yazıçı Kəramət Böyükçöl Jurnalist Ilqar Atabəyli Mozalan.az saytının rəhbəri Mövsüm Əşrəfoğlu “Bakıpost” saytının baş redaktoru Elçin Zahidoğlu Jurnalist Elnur Eltürk Jurnalit Araşdırma Mərkəzinin sədri Seymur Verdizadə Yeni çağ Media Qrupun rəhbəri Aqil Ələsgər Yeni Nəsil Yazarlar və Sənətçilər Qrumunun sədri Aydınxan Əbilov Şair, “Artkaspi” saytının baş redaktoru Fərid Hüseyn Şair Emin Piri Bəstəkar Gövhər Həsənzadə “Miq.az” saytının baş redaktoru Aqil Alışov Jurnalist Ceyhun Alışov Şair İbrahim İlyaslı Yazıçı Əyyub Qiyas AYB Qubatlı Regional Bölməsinin sədri Namiq Məna “Müstəqil.az “ saytının baş redaktoru, şair Faiq Balabəyli Şair Afaq Şıxlı Jurnalist Aydın Canıyev Şair Sabir Yusifoğlu Yazıçı Zemfira Məhərrəmli Tənqidçi Əsəd Cahangir Azərkitab Kitab Mərkəzinin təsisçisi Mirisrafil Həsənov Azərkitab Kitab Mərkəzinin direktoru Misirxan Həsənov “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi)–sədri Mehmet Nuri Parmaksız+ “Modern.az” saytının baş redakoru Elşad Eyvzalı Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Milli QHT Forumunun İdarə Heyətinin üzvü Əkbər Qoşalı Şair, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə Yazıçı Kənan Hacı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Sabuhi Mübariz Yazıçı-jurnalist Azər Qismət Jurnalist Mahir Məmmədli Jurnalist Çingiz Özgür Yazıçı Günel Eyvazlı Jurnalist Rövşən Vəliyev Jurnalist Əziz Əlibəyli Qlobal Sağlamlıq Turizmi Şurasının prezidenti Ruslan Quliyev Əməkdar jurnalist Qulu Məhərrəmli Şair İntiqam Yaşar Bəstəkar, şair Şahin Musaoğlu Jurnalist Vüsal Qarayev Şair Sadiq Əliyar Yazıçı Elçin Hüseynbəyli Şair Əlizadə Nuri Şair Anar Amin Hüquq Elmləri Doktoru Hikmət Cavadov “Qaynar.info” saytının baş redaktoru, şair Zahir Əzəmət Yazıçı Varis Yolçuyev Jurnalist Anar Yusifoğlu Şair Həyat Şəmi Şair İlqar Türkoğlu Şair Zəka Vilayətoğlu Yazıçı Reyhan Yusifqızı Professor, Texnika və Filologiya Elmləri Doktoru Elçin İsgəndərzadə İbrahim Yıldırım Qafqaz Televiziya Kanalının rəhbəri Eltən Törəçi Hüquqşünas Səidə Əkmən “Birlik” jurnalının baş redaktoru İlqar İlkin Güney Azərbaycan şairi Məhəmməd Çalğın Yazıçı Gülxani Pənah Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Hüquqşünas İlham İbadov Aktyor Rza Rzayev Yazıçı Seyran Səxavət Bəstəkar, şair Aysel Kərim Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov Yazıçı Elçin Arifoğlu “Odlar yurdu” İctimai Birliyinin sədri Nigar Ələsgərli Sabir Fondunun direktoru Sevda Tahirli “Aznews” saytının baş redaktoru Taleh Şahsuvarlı Şair, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə Yazıçı Vüsal Nuru Şair Dayandur Sevgin Jurnalist Qardaşxan Əzizxanlı Jurnalist Nadir İsmayılov Jurnalist Hüseyn Mahmudoğlu
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?