Tehranın keçmiş meri Məhəmməd li Nəcəfi ikinci arvadını qətlə yetirdiyini etiraf edib. Bunu İran mediası Tehranın prokuroru Məhəmməd Şəhriyariyə istinadla yazır.
Prokuror mayın 28-də deyib ki, Nəcəfi“polis əməkdaşlarına təslim olub” və həyat yoldaşını məişət zəminində qətlə yetirdiyini etiraf edib.
Mitra Ostadın meyiti mayın 28-də Tehranın şimal-qərbindəki zəngin Səadətabad məhəlləsindəki evində aşkar olunub.
IRNA rəsmi xəbər agentliyi mayın 28-də polisə istinadən bildirir ki, qadına bir neçə güllə vurulub.
Odlu silahla törədilən belə qətllər İranda nadir hadisədir.
Nəcəfi vəzifəsindən ötən il, gənc qızların rəqs etdiyi bir tədbirə qatıldıqdan sonra sərtxətt tərəfdarları tərəfindən kəskin tənqid olunaraq istefa vermişdi, hərçənd istefasına səbəb kimi sağlamlığı ilə bağlı problemləri göstərmişdi.
Ensaf News internet portalının bir müxbiri deyib ki, Ostad mayın 27-də agentliyə zəng etmiş və müsahibə vermək istədiyini bildirmişdi.
Jurnalist Parisa Salehi əlavə etmişdi ki, Ostad Ensaf portalının redaksiyasına mayın 28-də gəlməli idi.
Bu məlumat Ensaf news saytı tərəfindən rəsmən təsdiq edilməyib.
Sorğu
Yeni dizaynımız necədir?