Azərbaycanda qadın övladlığa götürdüyü uşağın sümük vərəmi olduğunu öyrənib.
Gundemxeber.Az xəbər verir ki, bu haqda Xəzər televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə çıxan Şəhla məlumat verib.
O qeyd edib ki, 14 il əvvəl Zəhranı uşaq evindən götürüb: " Övladım olmurdu. Daha sonra həyat yoldaşımı da itirdim. Həyat yoldaşımla rəsmi nikah olmasa da 18 il ailəli olduq. Zəhraya atalıq da verib. 4 il əvvəl həyat yoldaşım öldürüldü. Onu öldürən də cəzasız qalıb. Zəhranı götürəndə xəstəliyini bilmirdik. Daha sonra bizi evdən də çıxardılar. Evə aparanda qızdırması var idi. Amma bilmirdik ki, onda sümük vərəmi var. Ümumiyyətlə, nə həyat yoldaşım, nə də mən sümük vərəmin nə olduğunu bilmirdik. 3-4 ildə bildik ki, sümük vərəmi nədir. Mən Zəhranı götürməyimə peşman deyiləm. Sadəcə, öz valideynlərini tapmaq istəyirəm. Onlar uşaqlarının yanına gəlsinlər, getsinlər. Heç kim Zəhraya yaxın durmur ki, ona da keçər".
14 ildən sonra Zəhranın anası Şəfəq efirə çıxıb.
Şəfəq bildirib ki, Zəhra qeyri-rəsmi nikahdan dünyaya gəlib:" Mən heç bir suallara cavab verən deyiləm. Xəstə anama baxıram. Amma mən Zəhranı qəbul etmirəm. Arada yanına gedib gələrəm. Zəhranın atası rəhmətə gedib. Zəhradan başqa bir oğlum var. ".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?