Gundemxeber.az xəbər verir ki, o, ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində məlumat verilib. Sevinc özü efirə görüntülü zəng edərək açıqlama verib. Onun anası isə qızının psixikasında problemlərin olduğunu qeyd edib.
Xatırladaq ki, Sevinc adlı qız evdən qaçaraq parkda təsadüfən bir oğlanla tanış olub. Ağlayaraq evdə problemlərinin olduğunu və evdən qaçdığını bildirib. Siruz adlı gənc həmin qıza yardım etmək məqsədi ilə ev tutub və bir ay ona kömək edib. Onun sözlərinə görə, daha sonra qıza vurulub və onunla qızın razılığı ilə intim əlaqədə olub.
"Bir aydan sonra bir-birimizi sevdik. Mənə 17 yaşında olduğunu demişdi. Ailəsini tapdım, anası ilə danışıb onlara vəziyyəti izah etdim. Hətta anamgil də bizi qəbul etdi. Bir gün evə gec gəldiyim üçün parkda mənimlə dalaşdı. İyunun 25-də məndən pul aldı və bir daha geri qayıtmadı. Bütün günü onu axtarmışam. Sevincə görə çox narahatam".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?