Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Təzəkənd kəndinin sakinləri etiraz aksiyası keçiriblər.
Gundemxeber.az report-a istinadən xəbər verir ki, sakinlər kəndə verilən suvarma suyunun kifayət etməməsindən narazılıqlarını bildiriblər. Sakinlərin sözlərinə görə, kəndə suvarma suyu müxtəlif vaxtlarda qrafiklə verilir və bu da əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasına imkan vermir. Onlar bildiriblər ki, arxlarda su gec-gec gəldiyindən bura axıdılan çirkab sular nəticəsində ətrafa pis qoxu yaranır. Əraziyə gələn Təzəkənd kənd rəhbərliyinin nümayəndəsi Vahid Xəlilov sakinlərin şikayətlərinin aidiyyatı qurumlara çatdırılacağına söz verib. O, yay aylarında kəndə suyun qrafiklə verildiyi və bunun da kifayət etmədiyi barədə məlumatlı olduğunu qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?