Moskvada erməni lobbisinin rəhbərlərindən biri tutuldu.
Gundemxeber.Az xəbər verir ki, iyunun 14-də Moskvada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları məşhur erməni sahibkar Albert Xudoyanı tutublar. Mənbə bildirir ki, Xudoyan şirkətlərdən birindən üç torpaq sahəsinin oğurlanmasında ittiham olunur. Şirkətə dəymiş zərər 10 milyon dollar həcmində qiymətləndirilir.
Məsələni həll etməyi Xudoyan öz vəkili Gennadi Udunyana tapşırıb. Bildirilir ki, Udunyan Moskvanın Baş İstintaq İdarəsində erməni diasporunun əsas lobbiçisidir. FTX bu həbsi iki ay ərzində hazırlayırmış. Udunyan 2 milyard rubl vəsaiti İstintaq hissəsinin rəisi İqor Yakovlevə ötürdüyü vaxt yaxalanıb. Qeyd edək ki, Albert Xudoyan "Optima Development” şirkətinin sahibidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?