Səhiyyə Nazirliyi Şəki Xan Sarayındakı hadisə ilə bağlı məlumat yayıb.
Gundemxeber.Az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.
Onlardan ikisi hospitalizasiya edilib. 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir.
Bildirilib ki, paytaxtdan iki nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəssislər çağırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Xan Sarayının həyətində yaşı 500-dən çox olan çinar ağacının iri budağı qırılaraq yerə düşüb.
Qəzaya güclü küləyin səbəb olduğu ehtimal edilir. Belə ki, son günlər ölkə ərazisində leysan, dolu yağması və güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti bölgələrdə bir sıra fəsadlar törədib. Həmçinin paytaxt və regionlarda külək ağacları maşınların və evlərin üzərinə aşırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?