Şəki şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Təvəkkül Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hakim Ceyhun Əhmədovun icraatında olan iş üzrə hazırlıq iclası iyulun 17-ə təyin edilib. Qeyd edək ki, hadisə aprelin 10-da Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində baş verib. Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımov idarə etdiyi “VAZ-2170" markalı avtomobillə şəhər sakini Oqtay Abdurəhimovu vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. T.Qasımova Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.//Report
Sorğu
Yeni dizaynımız necədir?