Bakıda yanacaq daşıyan maşın yüksək sürətlə hərəkət edib.
GundemXeber.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sürücü maşını 100 km/saatdan da çox sürətlə idarə edib.
Görüntüdən aydın olur ki, yanacaq daşıyan avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozur və bununla həm öz, həm də digərlərinin həyatını təhlükəyə atır.
Ekspertlər isə bu halın qanunvericiliklə qadağan edildiyini deyirlər. Qanunvericilik heç bir halda bu avtomobilin belə sürətlə hərəkət etməsinə icazə vermir.
Ekspert Elməddin Muradlının sözlərinə görə, bu tip təhlükəli maddə daşıyan avtomobillər üçün hətta şəhərətrafı yollarda belə maksimum sürət 60 və ya ən yaxşı halda 70 seçilir.
Çünki bu maşınların qəzalarının fəsadları da böyük olur.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl də Kürdəmir rayonunda mişar daşı yüklü avtomobilə arxadan gələn yanacaq daşıyan maşın çırpılmışdı.
Sorğu
Yeni dizaynımız necədir?