Təhsil Nazirliyi ixtisas seçimi edəcək müəllimliyə namizədlərə müraciət edib.
Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu imtahanların yekunlarına həsr olunan mətbuat konfransında namizədlərə ixtisas seçimi edərkən diqqətli olmağı tövsiyyə edib. O bildirib ki, namizədlər məktəb seçimi etməzdən əvvəl yaxşı düçünməlidirlər: "Namizədlər qərar verməzdən əvvəl fikirlərini dəqiqləşdirsinlər. Yaxşı olar ki, onlar məktəblər haqqında əvvəlcədən məlumatlı olsunlar. Çünki namizədlər tanımadığı məktəbi seçir və son anda imtina edirlər. Nəticədə isə digər namizədin həmin yer üçün qəbul şansı azılır". M.Vəliyev qeyd edib ki, söhbət daimi əsaslarla olan vakant yerlərdən gedir: "İmtina hallarından sonra növbəti yeri seçən namizəd daimi əsaslarla deyil, ancaq müddətli müqavilə işləyə bilmək şansı əldə edirlər". //Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?