Azərbaycan və İran nəqliyyat və yük daşımaları sahəsindəki mövcud problemləri araşdıracaq işçi qrupu yardacaq. Bununla bağlı iki ölkənin nazirləri razılığa gəlib.
Avqustun 4-də İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin görüşündə Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı da müzakirə aparılıb.
Məhəmməd İslami İranın Naxçıvan (Azərbycan)- Məşhəd (İran) qatarının yenidən fəaliyyətə başlaması üçün hazır olduğunu bildirib. Şahin Mustafayev bunu yüksək qiymətləndirib.
Görüşdə Mustafayev Azərbaycan nəqliyyat vasitələrinin İran ərazisindən gediş-gəlişi, tranzit yük maşınlarından rüsumların alınması və yanacaq qiymətləri və bir sıra digər mövcud problemlər haqqında danışıb. Qərara alınıb ki, hər iki ölkənin nəqliyyat sahəsində məsul şəxsləri və ekspertərin iştirakı ilə müştərək İşçi qrupu yaradılsın. İşçi qrupu nəqliyyat və yük daşımaları sahəsindəki mövcud problemləri araşdıracaq və müvafiq qərar qəbul ediləcək.
Görüşdə Astara (İran) – Astara (Azərbaycan) magistral yolu və körpüsünün tikintisi ilə bağlı danışıqlar aparılıb. Qərara alınıb ki, dəmir yolu terminalının yaxınlığındaavtovağzal da tikilsin. Eyni zamanda Astara (İran) – Astara (Azərbaycan) magistral yolu və körpüsünün tikintisi prosesi sürətləndirilsin.
Şahin Mustafayev görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yük daşımalarının həcminin cari ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz artdığını nəzərə çatdırıb.//apa
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?