Birləşmiş Ştatların Federal Appelyasiya Məhkəməsi Tramp administrasiyasının Meksika ilə sərhəddəki təcridxanalarında saxlanılan miqrant uşaqlara adekvat ərzaq, su və əsas gigiyenik ləvazımatlar çatdırmalı olması barədə qərar qəbul edib.
Uşaqlar kifayət qədər yemək yeməli, təmiz su içməli, sanitar qaydalara uyğun vanna otaqlarından, sabun və diş məcunundan istifadə etməlidirlər. Cümə axşamı San-Fransiskoda qərargahlanan 9-cu ABŞ Dairə Məhkəməsinin üç hakimdən ibarət paneli administrasiyanın "təhlükəsiz və sanitariya" təminatını tələb etdiyi 1997-ci il tarixli razılaşmanı pozduğu qənaətinə gəlib.
"Uşaqlar kifayət qədər yemək yeməli, təmiz su içməli, sanitar qaydalara uyğun vanna otaqlarından, sabun və diş məcunundan istifadə etməlidirlər. Yuxusuz qalmamalarını təmin etmək şübhəsiz ki, uşaqların təhlükəsizliyi üçün vacibdir," panel yekun rəyində bildirib.
Hələ iyun ayında hökumət vəkillərindən biri təcridxanada olarkən uşaqlara diş fırçası və sabun verilmədiyini bildirmişdi.
Gənclərin Hüquqları üzrə Milli Mərkəzin baş direktoru Lisiya Uelç "hökumətimizin bu uşaqların adi şeylərə ehtiyacları olmadığını deməsi bütün amerikalıları şoka salmalıdır" deyib.
1997-ci ildə əldə olunmuş Flores anlaşması təsbit edir ki, uşaqlar müəyyən edilmiş standartlara cavab verən müəssisələrdə saxlanılmalı və mümkün qədər tez azad edilməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?