Xəbər verdiyimiz kimi, "Sahil" metro stansiyasında işıqlar sönüb. Nəticədə eskalatorlar dayanıb. İnsanlar təşviş içində, platformanı eskalatorsuz tərk etməli olublar.
Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov "Yeni Sabah"a açıqlamasında bildirib ki, problemə metropolitenə gələn elektrik xəttində gərginliyin düşməsi səbəb olub:
""Sahil" stansiyasında 10:55-də işıqlanma sistemində problem yaranıb, eskalatorların fəaliyyəti qısamüddətli dayanıb. Onların fəaliyyəti 3 dəqiqə ərzində bərpa olunub".
B.Məmmədovun sözlərinə görə, sərnişinlərlə bağlı hər hansı problem yaşanmayıb:
"Xəsarət alan yoxdur. İşığın sönməsi qatarların hərəkətinə də ciddi təsir göstərməyib".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?