Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalı saxlanılıb.
AXCP-nin məlumatına görə, gənc fəal Səhlədar İsgəndərli avqustun 20-də saxlanılıb. Onu iki gün qabaq Bakının mərkəzində keçirdiyi təkadamlıq aksiyaya görə polislər həbs edib.
Ailə üzvlərinin dediyinə görə İsgəndərli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.
AXCP-nin digər məlumatında isə deyilir ki, avqustun 20-də həmçinin daha bir gənc fəal Vilayət Məmmədova 30 sutka inzibati həbs verilib.
“Səbəb kimi əsasən fb-də sərt yazıları göstərilir.”
Rəsmi qurumlar AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.
Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 54 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məhkum edilib.
AXCP-nin 24 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub.
Azərbaycan rəsmiləri insanların siyasi fəaliyyətlərinə görə təqib edilmədiyini bildirir və bununla bağlı tənqidləri qərəzli sayır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?