Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci yerləşdirilmə mərhələsində vakant yerlərə yerləşdirlən namizədlərin növbəti turlarda iştirak hüququ məhdudlaşdırılıb.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci yerləşdirilmə mərhələsində iştirak etməyən və ya iştirak edib vakant yer tuta bilməyən namizədlər əlavə yerləşdirmə üçün vakansiya seçiminə qatıla bilərlər. Uğur qazanaraq vakant yerlərə yerləşdirilən namizədlər isə əlavə vakansiya seçimində iştirak edə bilməzlər:
“Ötən il belə namizədlər əlavə vakansiya seçimində iştirak edə bilərdilər. Ötən il müəyyən edilmiş tarixədək imtina ərizəsi yazan, yaxud müsahibəyə gəlməkdən imtina edən namizəd növbəti tura buraxılırdı. Amma bu il həmin məsələ ilə bağlı dəyişiklik etdik. Əslində, namizədlərin özləri tələb edirdilər ki, belə şəxslər yenidən vakant yer seçmək üçün növbəti turlara buraxılmasın. Biz də vətəndaşların bu istəyini yerinə yetirdik”./Trend
Sorğu
Yeni dizaynımız necədir?