Aşura mərasimləri ilə əlaqədar Bakıda polis gücləndirilmiş rejimdə işləyəcək.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin məlumatına görə, polis mərasimlə bağlı ictimai qaydanın qorunmasını və ictimai təhlükəsizliyi təmin edəcək.
Bakının bütün məscid və ziyarətgahlarının ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.
Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçirilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.
Sentyabrın 1-i hicri təqvimi ilə Azərbaycanda məhərrəm ayı başlayıb. Məhərrəm ayının 1-i miladi təqvimlə bu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.
Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura fətva verib.
Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.
Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.
Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir ("Aşura" ərəb dilindən tərcümədə "10-cu gün" deməkdir).
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?