Dağıstanın Qayakənd rayonunun “Kavkaz” federal avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gundemxeber.Az bildirir ki, hadisə zamanı “Lada Qranta” və “Hyundai Solaris” markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.
Baş vermiş qəza nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar Qayakənd xəstəxanasına çatıdırılıb. Ölənlər 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir. Yaralılar arasında üç Azərbaycan vətəndaşı da var.
Sorğu
Yeni dizaynımız necədir?