16 saylı Cəzaçəkmə Müəsisəsində saxlanılan Əfqan Muxtarlının cərimə təcridxanasına salınması ilə bağlı xəbərlərin əsası yoxdur. Əfqan Muxtarlı sentyabrın 22-də aclığa başlaması ilə bağlı təcridxana rəhbərliyinə müraciəıt edib və həmin andan qanunvericiliyə uyğun olaraq digər məhkumlardan təcrid edilərək müəssisənin tibb-sanitar hissəsinə köçürülüb. O həkim nəzarətindədir. Səhhəti hazırda normaldır.
Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər.
Sentyabrın 21-də vəkil Nemət Kərimlinin fiziki təzyiqə məruz qalması və onun qeydlərinin məxfiliyinin pozulmasına etiraz olaraq aclığa başlaması barədə sosial şəbəkələrdə Əfqan Muxtarlının bəyanatı yayılıb.
Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidən gizlincə Azərbaycana göndərilərək həbs edildiyini bildirib. Sonradan məhkəmə onu qaçaqmalçılıq və sərhədçiyə qarşı güc tətbiq etmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edib.
Beynəlxalq Amnesty İnternational təşkilatı Əfqan Muxtarlını "vicdan məhbusu" kimi tanıyıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?