Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus “Dost İş Mərkəzi” MMC-nin direktoru Niyazi Rəhimov nazirliyin aparat rəhbərinin müavini təyin olunub.
Gundemxeber.az bildirir ki, bu barədə məılumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı təsdiq edib.
“Dost İş Mərkəzi” MMC-nin direktor vəzifəsini Niyazi Rəhimovun müavini Firudin Cəbrayılov icra edir.
Qeyd edək ki, “Dost İş Mərkəzi” ötən il dekabrın 26-da yaradılıb. Şirkət adıçəkilən nazirliklə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də 1 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?