Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil.
Nazirlikdən qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur: "Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?