GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rəfael Cəbrayılovun mandatı alınır... - İDDİA

Rəfael Cəbrayılovun mandatı alınır... - İDDİA

Tarix: 26-09-2019, 11:31 Bölmə :Cəmiyyət Baxış: 7 960
Rəfael Cəbrayılovun mandatı alınır... - İDDİA


Milli Məclisin deputatı, adı tez-tez qalmaqallarda hallanan Rəfael Cəbrayılovun növbəti borc olayı onun mandatını təhlükə altında qoyub. Belə ki, deputat mandatını pul əvəzində girov qoyan Rəfael Cəbrayılovun sonradan onu ifşa edən video və səs yazısı yayılıb.

Bəzi iddialara görə, Milli Məclisin İntizam Komitəsi Rəfael Cəbrayılovla bağlı toplanacaq. Komitənin verdiyi rəydən sonra onun mandatından məhrum edilməsi plenar iclasa çıxarılacaq. Bu haqda gununsesi.org məlumat yayıb. Sayt yazır ki, bəzi həmkarları onun dərhal cəzalandırılmasını tələb edib. Ancaq Milli Məclisdə Rəfael Cəbrayılovun tərəfdarlarının da üzə çıxması məsələni sual altında qoyub. Belə ki, bir sıra həmkarları şəxsi borc məsələsinə görə onun cəzalandırılmasının əleyhinə çıxıb. Milli Məclisdə mövqelərin ikiyə bölünməsi deputatın gələcək taleyi ilə bağlı qeyri-müəyyən vəziyyət yaradıb. İddia olunur ki, Rəfael Cəbrayılov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin iş otağında spiker Oqtay Əsədovun adına izahat yazıb.

Bu arada deputat Rafael Cəbrayılov kredit mübahisəsinə görə yenidən məhkəməyə verilib. Deputata və onun yeznəsinə qarşı iddia “AG Bank” ASC tərəfindən qaldırılıb. Belə ki, Rəfael Cəbrayılov və kiçik bacısının həyat yoldaşı olan sürücüsü Aqil Mirqasım oğlu Talıbov bankdan külli-miqdarda kredit götürüblər. Daha sonra isə ödənişlərdə problem yaranıb. Unikal.org yazır ki, belə olduqda “AG Bank” ASC Abşeron Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsini tələb edib.

Hakim Ş.Nəcəfovanın sədrliyi ilə keçirilən məhkəmədə “AG Bank” ASC ilə Cəbrayılov Rafael Kamil oğlu arasında bağlanmış 30.05.2013-cü il tarixli, 100.LN.2105.300513.00001 saylı Kredit Müqaviləsi üzrə əsas kredit borcuna görə 1909350 ABŞ dolları, faiz borcuna görə 285332.68 ABŞ dolları məbləğində və cərimə borcuna görə 2755 ABŞ dolları, ümumilikdə 2222.232 (iki milyon iki yüz iyirmi iki min iki yüz otuz iki dollar) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti; 07.08.2013-cü il tarixli, 100.LN.1604.070813.00002 saylı kredit Müqaviləsi üzrə əsas kredit borcuna görə 300000 manat, faiz borcuna görə 26848.80 manat, ümumilikdə 326848.80 (üç yüz iyirmi altı min səkkiz yüz qırx səkkiz manat 80 qəpik) manat məbləğində pul vəsaiti və 30 manat ödənilən dövlət rüsumunun cavabdeh Cəbrayılov Rafael Kamil oğlundan lAG Bank» ASC-nin xeyrinə tutulması, ödəmənin ipotekaya qoyulmuş Talıbov Aqil Mirqasım oğlunun mülkiyyətindəki əmlaklara, yəni

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, bina 5-də ümumi sahəsi 68.5 kv.m. olan 3 saylı qeyri-yaşayış sahəsinə, (qiyməti 70 min manat dəyərləndirilib)

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, bina 5-də ümumi sahəsi 68.5 kv.m. olan 4 saylı qeyri-yaşayış sahəsinə, (qiyməti 70 min manat dəyərləndirilib)

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, bina 5-də ümumi sahəsi 578.9 kv.m. olan baxçaya; (qiyməti 580 min manat dəyərləndirilib)

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, bina 5-də ümumi sahəsi 371.6 kv.m. olan 7 saylı qeyri-yaşayış sahəsinə (qiyməti 450 min manat dəyərləndirilib) yönəldilməsi, həmin qeyri-yaşayış sahələri və baxçanın açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cəbrayılov Rafael Kamil oğlunun ümumilikdə 2222.232 (iki milyon iki yüz iyirmi iki min iki yüz otuz iki dollar) ABŞ dolları (Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 326848.80 (üç yüz iyirmi altı min səkkiz yüz qırx səkkiz manat 80 qəpik) manat məbləğində borcunun lAGBank» ASC-nın hesabına ödənilməsi, ipoteka predmetlərinin ümumilikdə ilkin satış qiymətinin 1491205.69 (bir milyon dörd yüz doxsan bir min iki yüz beş dollar 69 sent) ABŞ dolları (satış günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində müəyyən edilməsi, lAG Bank» ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh Aqil Mirqasım oğlu Talıbova qaytarılması və ya hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cəbrayılov Rafael Kamil oğlundan tutulması, cavabdehlər Rafael Kamil oğlu Cəbrayılovun və Aqil Mirqasım oğlu Talıbovun həmin əmlaklara istifadə hüquqlarının itirilməsi və əmlakların boşaldılması barədə qərar çıxarıb. Qərardan narazı qalan millət vəkili apelyasiya şikayəti verib. Rafael Cəbrayılov apelyasiya şikayətini onunla əsaslandırıb ki, məhkəmə cavabdehlərin iştirakını təmin etmədən birtərəfli qaydada işə baxıb və nəticədə onların məhkəmə müdafiəsi hüququnu pozub. Bundan əlavə, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən olunan məbləğdən qat-qat yüksək təyin olunub. Belə olan halda məhkəmə iş üzrə ekspertiza təyin edib həmin əmlakların real qiymətini müəyyən etməli olsa da bunu etməyib. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim Şəmsəddin Abbasov sədrliyi ilə keçirilən məhkəmədə Abşeron Rayon Məhkəməsinin 2(012)-561/18 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişiklik etməklə qüvvədə saxlanılıb.

Cavabdehlər Abşeron Rayon Məhkəməsinin qərarında yuxarıda qeyd olunan əmlaklara istifadə hüquqlarının itirilməsi və əmlakların boşaldılması ilə bağlı qərarındakı hissə dəyişdirilməyib. \\“Yeni Müsavat”\\

Bu arada sosial şəbəkələrdə Rəfael Cəbrayılovun mandatının ləğv ediləcəyi haqda iddialar səsələnməkdədir. Yayılan xəbərlərdə deyilir ki, artıq bu məsələ ilə əlaqədar siyasi hakimiyyət də rəyini verib. İddia olunana görə, qərarın gələn həftə elan olunması gözlənilir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ermənilərlə qohum olan deputat: Rəfael Cəbrayılov haqda şok iddia

    Azərbaycanda ermənilərlə qohum olan deputat: ...

    16-10-2015, 17:13

  • 
  • Rəfael Cəbrayılov sərvətini İstanbula daşıdı – Deputatla bağlı Dünyamin Xəlilov nümunəsi təkrarlana bilər?

    Rəfael Cəbrayılov sərvətini İstanbula daşıdı – ...

    7-09-2019, 15:07

  • 
  • “Rafael Cəbrayılovun etdiyi yaxşı iş deyil” - İntizam Komissiyasının sədri

    “Rafael Cəbrayılovun etdiyi yaxşı iş deyil” - ...

    25-09-2019, 13:08

  • 
  • DEPUTATA BORC VERƏN XANIM DANIŞDI: "Deyir ki, 3 milyon verib deputat olmuşam..."

    DEPUTATA BORC VERƏN XANIM DANIŞDI: "Deyir ...

    20-09-2019, 15:50

  • 
  • Oqtay Əsədov Rəfael Cəbrayılovdan 3 milyon alıb? – Partiya sədrindən şok açıqlama

    Oqtay Əsədov Rəfael Cəbrayılovdan 3 milyon alıb? ...

    25-09-2019, 21:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu