Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Akif Çovdarov kassasiya şikayətini geri götürüb.
Qeyd edək ki, A. Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib, cinayət işi üzrə 33 milyon manatlıq dəyərində olan əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan A. Çovdarov və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, A. Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apelyasiya Məhkəməsi A. Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib. //APA
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?