GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rəfael Cəbrayılov üçün 175-ci maddə - mandatından imtina edən deputatı nə gözləyir?

Rəfael Cəbrayılov üçün 175-ci maddə - mandatından imtina edən deputatı nə gözləyir?

Tarix: 1-10-2019, 11:55 Bölmə :Cəmiyyət Baxış: 302
Rəfael Cəbrayılov üçün 175-ci maddə - mandatından imtina edən deputatı nə gözləyir?


Prokurorluğun dələduzluq və tikinti işi ilə bağlı məsələyə qarışması gözləniləndir, çünki R.Cəbrayılov illərdir arxasına sığındığı deputat toxunulmazlığından artıq məhrum edilmiş hesab oluna bilər; Milli Məclis qalmaqalla bağlı niyə mövqe bildirmədi?

Milli Məclisin sentyabrın 30-da başlayan payız sessiyası, gözlənildiyi kimi, deputat vəsiqəsini borc müqabilində girov qoyan 46 saylı Binəqədi seçki dairəsindən mandat almış Rəfael Cəbrayılovun məsələsinə baxılmaqla başlayıb.

Spiker Oqtay Əsədov deyib ki, deputat Rəfael Cəbrayılov barədə mətbuatda çoxlu yazılar yazılıb. Sədr bildirib ki, R.Cəbrayılov özü Milli Məclisə müraciət edib. Müraciəti R.Cəbrayılovun da üzv olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub. Bildirib ki, R.Cəbraylov mandatdan özü imtina etməsi ilə bağlı müraciət edib. O, seçicilərindən üzr istəyərək bu qərarı verib. Ə. Hüseynli deyib ki, Milli Məclisin bununla bağlı qərar vermək səlahiyyəti yoxdur və müraciət Mərkəzi Seçki Komissiyasına göndərilir. Müraciətin MSK-ya sentyabrın 30-da göndəriləcəyini nəzərə alsaq, gözlənilir ki, qurum bu həftə ərzində deputatla bağlı müvafiq qərar verəcək.

Beləliklə, Rəfael Cəbrayılov Seçki Məcəlləsinin Milli Məclisin deputatının mandatdan məhrumetmə və əlavə seçkilərin keçirilməsi haqda 28-ci fəslində əks olunan 175-ci maddənin təsiri altına düşüb. Həmin maddənin 1-ci bəndində deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 1-ci bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

175.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 3-cü bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar müvafiq məhkəmə tərəfindən qəbul edilir.

175.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir".

Qanunda deyilir ki, Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Həmin şikayətə 15 gün müddətində baxılmalıdır. Aydındır ki, R.Cəbrayılov mandatdan könüllü imtina etdiyi üçün heç bir apelyasiyadan söhbət gedə bilməz.

Yada salaq ki, bu, Milli Məclis tarixində ikinci dəfədir ki, deputat yaranmış maliyyə qalmaqalından sonra könüllü olaraq mandatından imtina edir. (Qalan bir neçə hallarda prokurorluğun müraciətindən sonra bir neçə deputatın səlahiyyətlərinə xitam verilib ki, bu, fərqli situasiyadır). Bundan əvvəl 2012-ci ilin payızında - maraqlıdır ki, yenə də məhz sentyabr ayında Gülər Əhmədova ilə bağlı rüşvət qalmaqalı ortaya çıxmışdı. YAP üzvü olan xanım deputat bundan sonra 34 saylı Xətai ikinci seçki dairəsindən aldığı mandatdan imtina etməli oldu.

Oktyabrın 3-də MSK G.Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı qərar verdi.

Ötən il keçirilən prezident seçkilərindən sonra bir neçə deputat vəzifəyə təyin edildi ki, bununla da deputatsız qalan dairələrin sayı 6-ya çatdı. R.Cəbrayılovun məsələsi çox fərqli olsa da, artıq onun da mandat aldığı 46 saylı Binəqədi seçki dairəsi deputatsız qalıb. Deputatsız qalan 7 dairəni yada salaq: 14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 34 saylı Xətai ikinci, 91 saylı Ucar və nəhayət, Rəfael Cəbrayılovun mandatdan imtina etdiyi 46-saylı Binəqədi seçki dairələri...

YAP-ın fəal deputatlarından olan Səyavuş Novruzov çıxışında “istefa da bir mədəniyyətdir” deyərək, həmkarlarından R.Cəbrayılovla bağlı məsələdən danışmamağı xahiş edib. Aydındır ki, R.Cəbrayılovun siyasi kimliyi olmasa da, etdiyi hərəkətlə Milli Məclisin reputasiyasına, dolayısı ilə iqtidara da zərbə vurub.

Bu səbəbdən hesab edək ki, məsələni parlamentdə gündəm etmək təkcə R.Cəbrayılovun deyil, elə iqtidar deputatlarının da, parlament rəhbərliyinin də maraqlarına uyğun deyildi. R.Cəbrayılov 14 ildir ki, parlamentdədir və deputat həmkarları da onun etdiyi bağışlanılmaz səhvə baxmayaraq, müzakirələrdən yayınmağı daha məqsədəuyğun hesab etdilər. Heç kim R.Cəbrayılovun parlamentdə acı sözlərlə “kötəklənməsini” də gözləmirdi, sadəcə, parlament rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyini bildirməsi yaxşı olmazdırmı?

R.Cəbrayılov mandatdan imtina etdi, bu, onun mövqeyidir. Bəs Milli Məclisin? R.Cəbrayılov kitabxanadan aldığı oxucu biletini deyil, köhnə də olsa bir vaxtlar daşıdığı deputat vəsiqəsini girov qoyub. Deputat kimi məsuliyyətsizlik edib, “millət vəkili bizneslə məşğul ola bilməz” kimi formal da olsa, qəbul edilən qanuni kobud pozub, dələduzluğa görə məhkəməlik olub və sairə. Onun barəsində internet resurslarında illərdir ki, materiallar dərc edilir. Milli Məclis isə indi belə bu məsələnin üstündən “mənəvi prinsiplərlə” sükutla keçməklə işini bitmiş hesab edib. Halbuki bu məsələyə ən sərt mövqe bildirilməsi gərəkirdi, çünki R.Cəbrayılov olayı yeganə olsa da, o, biznesmen kimi tək deyil. Parlamentdə hələ də bir əli biznesdə olan, hər gecə obyektlərində “otçot” edənlər var. Bu müzakirə onlar üçün lazım idi...

Mənəvi prinsipləri gözləmək əlbəttə ki, nümunəvi davranışdır. Amma bu sabiq deputat israrla medianı günahlandırırdı, kiminsə ona qarşı kompromatlardan danışırdı, ona böhtan atıldığını deyirdi. İndi isə seçicilərindən üzr istəməklə qalmaqala yekun vurur. R.Cəbrayılov təkcə onu seçməyən seçicilərdən yox, bütün xalqdan üzr istəməliydi. Eləcə də etibarını itirdiyi deputatlardan da, mediadan da...

Mümkündür ki, “isti-isti” bu mövzudan sükutla keçən Milli Məclis məsələyə sonrakı günlər münasibət bildirsin. Prokurorluğun da dələduzluq və tikinti işi ilə bağlı məsələyə qarışması gözləniləndir. Çünki R.Cəbrayılov çox istədiyi və arxasına sığındığı deputat toxunulmazlığından artıq məhrum edilmiş hesab oluna bilər...

Hər halda, görünən budur ki, mandatdan imtina R.Cəbrayılov mövzusunu qapatmadı, ona yeni yön verdi...//musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Parlamentin payız sessiyası başladı – Rəfael Cəbraylov mandatdan imtina etdi

    Parlamentin payız sessiyası başladı – Rəfael ...

    30-09-2019, 12:36

  • 
  • Azərbaycanda ermənilərlə qohum olan deputat: Rəfael Cəbrayılov haqda şok iddia

    Azərbaycanda ermənilərlə qohum olan deputat: ...

    16-10-2015, 17:13

  • 
  • “Rafael Cəbrayılovun etdiyi yaxşı iş deyil” - İntizam Komissiyasının sədri

    “Rafael Cəbrayılovun etdiyi yaxşı iş deyil” - ...

    25-09-2019, 13:08

  • 
  • Millət vəkili 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub - Azərbaycanda ŞOK

    Millət vəkili 300 min dollar borca görə deputat ...

    20-09-2019, 13:22

  • 
  • Rəfael Cəbrayılov sərvətini İstanbula daşıdı – Deputatla bağlı Dünyamin Xəlilov nümunəsi təkrarlana bilər?

    Rəfael Cəbrayılov sərvətini İstanbula daşıdı – ...

    7-09-2019, 15:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu