Bakı şəhər Baş Polis İdarəsi sanksiyalaşdırılmamış istənilən cəhdin qarşısını alacağını bildirir
“Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın xəbərdarrlıq məktubuna mənfi cavab versə belə, piketimizi keçirəcəyik. Bu, Milli Şuranın qərarıdır.”
Bu barədə Amerikanın Səsinə müsahibəsində AXCP Gənclər Təşkilatının sədri Emil Səlim bildirib.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura oktyabrın 8-də saat 12-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında - sərbəst toplaşmaq hüququnun bərpası ilə bağlı etiraz aksiyası keçirəcəyi ilə bağlı sentyabrın 30-da Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib. İnidyədək icra hakimiyyəti xəbərdarlıq məktubuna cavab verməyib. Bu gün Bakı şəhər Baş Polis İdarəsi bildirib ki, sanksiyalaşrırlmamış hər hansı aksiyanın qarşısı alınacaq.
“Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaqdır,” Bakı Baş Polis İdarənin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
AXCP Gənclər Təşkilatının sədri Emil Səlim Baş Polis İdarəsinin bu məlumatına da münasibət bildirib.
“Böyük bir hüquq pozuntusu var. Xalqın sərbəst toplaşmaq azadlığı artıq yeddi aydır ki, pozulur. Bizim etirazımız olacaq. Qarşısını alacaqlarsa, alsınlar. Böyük kütləvi aksiya planlaşdırılmır, kiçik bir piket planlaşdırılır. İstənilər zorakı hərəkət ölkənin onsuz da bərbad halda olan beynəlxalq nüfuzunu daha da bərbad hala gətirəcək və rejimin daha bir repressiv addımının nümunəsi kimi tarixə düşəcək,” o qeyd edib.
Qarşısını alacaqlarsa, alsınlar. Böyük kütləvi aksiya planlaşdırılmır, kiçik bir piket planlaşdırılır. Emil Səlim, AXCP Gənclər Təşkilatının sədri
Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində təklif etdiyi 3 yerdən heç birinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verməyib. İcra hakimiyyəti aksiyanın şəhərdən kənardakı Lökbatan qəsəbələrdə keçirilməsini təklif edib.
Milli Şura icra hakimiyyətinin təklifini qəbul etməyib, mitinqin paytaxtın mərkəzi hissəsindəki meydanlardan birində keçirəcəyində israrlı olduğunu bildirib. Bundan sonra AXCP və Milli Şura oktybarın 8-də Bakı şəhər İcra Hakimiyyətinin qarşında aksiya keçirmək barədə qərar qəbul edib.
Bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra ölkədə hər hansı siyasi təşkilatın kütləvi aksiya keçirməsinə razılıq verilməyib.
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 5-dən çox aksiyasını münasib saymayıb.
Qurum bunu Milli Şuranın son mitinqində qanunvericiliyin tələblərinin pozulması və aksiyanın keçirildiyi ərazidən vətəndaşların şikayəti ilə izah edib.
Onda aksiya Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda keçirilmişdi. Bu yaxınlarda həmin stadionda təmir işlərinə başlanıb.
Milli Şura isə Bakı şəhər İcra Hakimiyyətinin cavablarını bəhanə adlandırıb.//amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?