Oktyabrın 2-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə intihar etdiyi bildirilən şagird Elina Hacıyevanın ölümü ilə bağlı məhkəmə istintaqı davam edib.
Məhkəmə prosesində məktəbin direktoru olmuş Sevinc Abbasova ifadə verib.
O bildirib ki, hadisə günü ikinci dərs bitəndən sonra tənəffüs zamanı məsələdən xəbərdar olub.
Tibb bacısının otağını açmaq istəyəndə gِördük ki, bağlıdır. Sonradan öِyrəndim ki, həmin gün işə gec gəlibmiş. Prokurorun suallarına cavab verən direktor Sevinc Abbasova bu iş üzrə hazırda özünü təqsirli bilmədiyini qeyd edib.
Sevinc Abbasova hadisə barədə bunları danışıb:
"İkinci dərs bitəndən sonra tənəffüs zamanı müavinim Tünzalə Mikayılova ilə birlikdə bir gün əvvəl olanları müzakirə edirdik... Kimya müəlliməsi gəlib bir uşağın yıxıldığını dedi. Biz gedib çatanda iki uşaq Elinanı qucaqlarına gِötürüb içəri girirdilər. Başqa uşaqlar da toplaşmışdı. Mən onlara acıqlandım ki, uşağı kim itələyib? Elina da onların qucağından düşmək istəyirdi, öِzü dedi ki, "məni heç kim itələməyib, ِözüm yıxılmışam". Tibb bacısının otağını açmaq istəyəndə gِördük ki, bağlıdır. Sonradan öِyrəndim ki, həmin gün işə gec gəlib."
Sabiq direktor bildirib ki, Elina çox danışan deyildi, amma həmin gün sanki ِözü də danışmaq istəyirdi.
Onun sözlərinə görə, Elina bir neçə aydır dərman atdığını deyib. Tibbi sınıq, gِözlə gِörünən xəsarət olmadığını bildirəndən sonra valideynlərə xəbər verilib.
"Artıq 10-a yaxın polis məndən izahat alırdı. Onlar dərman məsələsi ilə maraqlanırdılar, sualların çoxuna Elina öِzü cavab verirdi. Sonra da Xalidə Bayramova gəldi. Polislər Elinanın çantasını gətirdilər, içindən 20 ədəd psixotrop dərmanın adları yazılan vərəq çıxdı. Həm də Elinanın gündəliyi var idi, orada yazılmışdı ki, "öِlümümə 50 gün qalıb". Yazıldığı tarixlə hesablayanda gəlib aprelin 7-nə düşürdü. Xalidə Bayramova "skoru" maşınında Elina ilə birlikdə getdi," keçmiş direktor söyləyib.
Təqsirləndirilən şəxsin sِözlərinə gِörə, o, Elinanın 3-cü mərtəbədən düşməsini sonradan kameralara baxanda gِörüb. Deyir, əvvəl elə bilib ki, ikinci mərtəbədən - bir müddət əvvəl iki uşağın dərsdən qaçdığı pəncərədən yıxılıb.
Prosesdə Elina Hacıyevanın ailəsi direktor və Təhsil Nazirliyindən müştərək qaydada 8 min 500 manat dəfn xərci və mənəvi zərərə görə 100 min manat mülki iddia qaldırıb.
Zərərçəkmiş tərəfin vəkilləri bu günki prosesdən sonra jurnalistlərə deyib ki, direktor Sevinc Abbasovanın ifadəsi ziddiyyət təşkil edir.
Növbəti proses oktyabrın 11-də davam etdiriləcək.
Bakıda 162 saylı ümüumtəhsil məktəbində oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü məktəbin üçüncü mərtəbəsindən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, aprelin 6-da vəfat edib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur.
Hadisədən sonra Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasova, direktor müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayeva işdən çıxarılıb.
“Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib,” Baş Prokurorluğun açıqlamasında belə yazılıb.
İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər. Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünü təqsirli bilmədiyini deyib.
Sorğu
Yeni dizaynımız necədir?