Ötən gecə Beyləqan rayonunda 18 yaşlı qızın vəhşicəsinə döyülərək yol kənarına atılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Bu gün Beyləqan Rayon Mərkəzi Xəstəxanasında vəfat edən Quliyeva Aygün Mehman qızı xəstəxanaya gətirilərkən koma vəziyyətində olduğundan onun hansı şəraitdə və kim tərəfindən döyüldüyü hələlik məlum olmayıb. Bildirilir ki, ailədə 6 uşaqdan (3 qız və 3 oğlan) biri olan Aygün dünən axşam saatlarında Yuxarı Aran kəndindəki evlərindən çıxıb. Gecə saatlarında isə Beyləqan-Kəbirli yolunun kənarında onu ölümcül halda aşkarlayıblar və hadisə yerinə gələn polis əməkdaşlarının köməkliyi ilə qız xəstəxanaya çatdırılıb. Məlumata görə, döyülərək öldürülən Aygün Quliyeva subay olub. Onun ötən gecə kiminlə görüşməsi, harada və hansı şəraitdə döyülməsi hələlik məlum deyil. Kənd sakinləri qızın ailəsinin sakit həyat tərzi sürdüyünü və kiminləsə düşmənçilik etmədiyini deyiblər. Araşdırmalar davam etdirilir.
***** 15:12
Gənc qız ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
*** 08.10.2019
Beyləqanda gənc qız yol kənarında huşsuz vəziyyətdə aşkarlanıb. Səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib. Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib. Qadında qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qadın komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır./trend
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?