Bakıda 45 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub.
Hadisə bu gecə 01:30-da Binəqədi rayonunda qeydə alınıb.
1974-cü il təvəllüdlü Elçin Məcnun oğlu Sadıqov kirayə yaşadığı Y.Hüseynov küçəsi ev 9 ünvanının hamam otağında dəm qazından zəhərlənib və ölüb.
Daxil olan məlumata əsasında hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb, istintaq aparılır./qafqazinfo
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?