GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Özünü “şeyx” adlandıran, uşaqbazılığa haq qazandıran axund kimdir?

Özünü “şeyx” adlandıran, uşaqbazılığa haq qazandıran axund kimdir?

Tarix: 6-10-2019, 17:30 Bölmə :Cəmiyyət Baxış: 874
Özünü “şeyx” adlandıran, uşaqbazılığa haq qazandıran axund kimdir?


Ölkədə din sahəsində DQİDK və Qafqaz Müsəlmanları İdarəsi kifayət qədər önəmli işlər görür, islahatlar aparılır, kolleclər açılır. Hətta İlahiyyat İnstitutunun açılması da arzulanan hadisələrdəndir. Dini radikalizm, xurafatçılıq, təriqətçilik, məzhəb ayrıseçkiliyi yaradan qüvvələr zərərsizləşdirilir və tarixi, milli mənəvi ənənələrimizə müvafiq şəkildə inanclı insanlarımız öz ibadətlərini edir, dini mərasimlərini normal şəkildə icra edirlər. Lakin təəssüf ki, bəzi xaricdə təhsil alan şəxslər dini qütbləşmə yaratmağa meyllənərək təhsil aldıqları ölkənin siyasi düşüncələrindən təsirlənir, çıxışlarında milli əxlaqımıza, mentalitetimizə, bəzən də qanunlarımıza zidd ifadələr işlədir, gənclərin tərbiyəsinə xələl gətirir, ifata varırlar.

Bu şəxslər təəssüf ki, bəzi hallarda hansısa gizli əllərin təsiri nəticəsində rəsmi şəkildə dini vəzifə daşıyan adamlardan da olurlar. Azərbaycanda qeyri-ənənəvi din və təriqətlərin yayılması xalqımızın din dünya görüşünə ziddir. Məsələn, vəhhabi-sələfilik, nurçuluq, süleymançılıq, mehdiçilik, yəmaniçilik, şiraziçilik kimi cərəyanlar tarixən ölkəmizdə olmayıb. İndi hansısa xarici qüvvələrin İslam dünyasını parçalamaq siyasətinin tərkib hissəsi kimi ortaya atdığı və lazım gələndə də həmin ölkədə qarışıqlıq salmağa xidmət etmək amaclı təriqət, məzhəb və cərəyanların yayılmasına münasibət mənfidir və buna yol vermək də olmaz. Müharibə şəraitində yaşayn xalq olaraq dövlətimizin təhlükəsizliyini göz bəbəyimiz kimi qorumalıyıq. Müstəqilliyin ilk illərində xaricdən müxtəlif dini təriqətlər boşluq hiss edərəkhumanitar dəstək adı ilə müəyyən qədər əhaliyə nüfuz edə bildilər və el dilində “vəhhabi” adlanan sələfi cərəyanı yarandı, xaricə təhsilə tələbələr göndərildi, məscidləri açıldı və sairə… Səudiyyə ərəbistanında ilk təhsil alıb gələn sələfi qeyri ənənəvi dini cərəyanının ilk təbliğatçılarından olan Qamət Süleymanov bu əqidəni yaymağa başladı. Xalqımız üçün yad olan, vaxtilə Osmanlı dövlətini parçalamaq üçün İngiltərə kəşfiyyatı tərəfindən əsası qoyulmuş bu dini-siyasi cərəyan istər sünni, istərsə də şiə məzhəbli yerli əhali üçün bu gün də ikrahdoğurucudur. Qamət Süleymanov zaman keçdikcə məsciddə yetişdirdiyi gəncləri Səudiyyə Ərəbistanına “təhsil” almağa yolladı, onlar da şalvarı gödək, saqqalı uzun halda geti qayıdaraq təbliğata girişdilər. Səudiyyədə yetişən bu cərəyan Britaniya və qərbin daima dəyişən siyasi maraqlarına xidmət etdiyi üçün onların təsirində olan oralı alimlər də mütəmadi olaraq fərqli fətvalarla gündəmə gəlməyi bacarırlar. Beləliklə oxuyub gerii dönən Mədinə Universiteti məzunları özündən əvvəl oxuyub gələn köhnə məzunlarla çox zaman ixtilafa girir, onların fikirləri ilə razılaşmır, onları tənqid edir və bəzən də bir-birlərini xəvariclikdə, təkfirçilikdə, həddadilikdə, hizbçilikdə ittiham edirlər. ( Adı çəkilən ifadələr Sələfi-vəhhabi təriqətinin daxilində yeni yaranmış qollardır). İndiki halda öz aralarında bir neçə qola bölünərək hərənin öz qəbul etdiyi imamı, başçısı vardır demək olar ki. Qamət Süleymanov isə demək olar ki, bölünərək onu qəbul etməyənlərin hər birini müxtəlif ittihamla tənqid edir və tərəfdarlarıa odan uzaq olmağı məsləhət görür. Qamət Süleymanov və onun tərəfdarları onu “şeyx” adlandırırlar. Qeyd edək ki, şeyxlik və ya şeyxulislamlıq rəsmi-dini titul olduğu üçün o ancaq Qafqaz Müsəlmanları İdarəsinin sədrlərinə verilir. Ölkəmizdə isə rəsmi bir şeyx var, o da Bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadə həzrətləridir. Qamət Süleymanovun adamları isə qeyri-rəsmi olaraq öz başçılarını şeyx adlandırırlar, Süleymanov özü də bundan xoşhal olur və etiraz etmir. Şeyx sözü ərəbcə olub, pirani, qocaman, ağsaqqal mənalarındadır. Lakin istilah baxımından bu ad dini titula çevrilib və yalnız Şeyxulislamlıq dərəcəsi olanlara deyilir. Ölkəmizdə hər təsadüfi adama şeyx deyilməyib. Axund Hacı Mirəziz özünün “İslami söhbətlər” kitabında qeyd edir ki, şeyxlik ən ali dini rütbələrdən biri olub ancaq dahi və tanınmış, xalq tərərindən sevilən-seçilən şəxslərə verilə bilər. Şeyx Nizami, Şeyx İbn Sina, Şeyx Molla Qələm kimi şəxslərə şeyx deyiblər və onlar bu adı haqq ediblər. Habelə ölkəmizdə uzun illərdir xalqımızın xidmətində duran, ölkəmizin mövqeyini hər zaman, hər yerdə müdafiə edən, dünyada böyük nüfuza malik olan QMİ sədri, Şeyxulislam Hacı Allahşükür Paşazadə kimi şeyximiz var. Digərlərinin özünü qondarma şəkildə şeyx adlandırması özündən müştəbehlikdən savayı bir şey deyil. Qeyd etdiyimiz kimi Qərb dünyası, əsasən də Böyük Britaniya İslam dünyasını bölmək, müsəlmanların birliyini zədələyərək onları üz-üzə qoyub zəiflətmək naminə həm sünni aləmində iş aparır, həm də şiə aləmində fəaliyyətdən qalmır. Yuxarıda qeyd etdiyimiz kimi, sünni dünyasının ittifaqını dağıtmaq, özündən özünə qarşı çıxan qrup yaratmaq üçün Britaniya vəhhabiliyi təsis etdi və onun fəaliyyəti nəticəsində kifayət qədər İslam dünyasını zəiflədə bildi. Lakin şiə aləmini də zəiflətmək, içəridən növbəti nifaq ocağı yaratmaq üçün ələ alınası fiqur axtarışına çıxdı və nəhayət ki, tapdı. Sadiq Şirazi adlı din alimini fərqli, radikal, mühafizəkar, bir az da xurafatçı fikirlərlə mötədil şiəliyə qarşı qoydu. Habelə son zamanlar təfriqənin ziyanını görərək, kənar məkrlilərin hiyləsini anlayaraq vəhdətə gəlmək, qardaşlaşmaq istəyən sünni-şiə dünyasını yenidən qana çalxamaq üçün yaratdığı bu Şiraziçi cərəyanını sünnilərə qarşı daha qatı-radikal, barışmaz şəkildə köklədi. Beləliklə Qərb, sünnilərin içindən vəhhabi cərəyanını quraraq o cərəyan vasitəsi ilə həm sünniləri, həm də şiələri vurdu. Eyni zamanda şiələrin içindən də Şiraziçi qrupunu yaradaraq bu cərəyan vasitəsi ilə həm şiələri, həm də sünniləri vurdu. Qeyd edim ki, hər iki cərəyan qarşı tərəfi açıq-aşkar kafir hesab edir. İndi vəhhabiliyin nümayəndəsi Qamət Süleymanov fəaliyyət göstərirdi, özünə də şeyx titulu vermişdi ki, əks tərəfin “şeyx”i də peyda oldu. Suriyada həmin Şirazinin dini mərkəzində10 ildən artıq təlim-təhsil almış, özünü şeyx, əllamə, höccətul İslam vəl müslimin adlandıran Hacı Cavid Məmməov 2012 ci ildə “Hicab aksiyası”nda həbs olunub, evindən silah və xarici valyuta tapıldığına görə məhkum olunmağına baxmayaraq Əjdərbəy məscidinə (Göy məscid) axund təyin edildi 2015 ci ilin oktyabr ayının 13 də. Bu şəxs böyük ehtimalla təqiyyə (təhlükə zamanı özün və əqidəsini gizlətmə) edərək hansısa yolla məhkumluqdan sonra ölkənin və paytaxtın ən böyük və nüfuzlu məscidlərindən birinə rəhbər təyinatı ala bilib. O zamandan bu yana təbliğat aparır və Suriyada aldığı “təhsili” burada tətbiq edir. Şirazi və dünyadakı Şirazi mədrəsələri, hədəfləri ancaq digər müsəlmanlar olduğu üçün təhsillərini və təbliğlərini də elə qurublar ki, bütün araşdırmalar və kitablar sərf qarşı tərəfin ifşa edilməsinə, təkfir edilməsinə xidmət edir. Özünü şeyx adlandıran Cavid Məmmədov yutub vasitəsi ilə yayınladığı əksər çıxışlarında məzhbəçilik təmayüllərini fundamental radikalizmə kökləyərək digər məzhəbin müqəddəs hesab etdiyi, inam bəslədiyi nöqtələrə toxunur, öyrəndiyi metdolar vasitəsi ilə təriqət ayrı-seçkiliyinin gizli əsaslarını inşa edir. Özü üçün düzəltdirdiyi möhüründə ” Əhli bayt xadimi Şeyx Cavid əs Salyani əş Şami” yazan Cavid Məmmədov özünü həm şeyd kimi, həm də Şama (Dəməşq-Suriya) məxsus alim kimi qələmə verir. Əgər Qamət Süleymanova yalnız öz tərəfdarları şeyx deyirlərsə, Cavid Məmmədov isə özü öz möhüründə bunu göstərməklə iddia edir. Kəbin kəsdiyi və yazdığı kağızlarada həmin möhürlə təsdiq də gətirir. Şiraziçilərin əsas məskəni Britanıyadır. Orada onların mərkəzləri, çoxsaylı telekanalları, geniş imkanları vardır. Şeyx Cavidin oradakı rəhbərlərlə əlaqələrinin nə dərəcədə olmasını deyə bilmərik, ancaq əsas olan odur ki, ideya və əqidə bağlılığı davam edir. Bu ilki Məhərrəmlikdə aşura günü İmam Hüseyndən danışmaq əvəzinə kəbin-talaq məsələlərindən danışması da məclis iştirakçılarında ayrı bir təəccüb doğurubmuş… Xütbələrində və ona ünvanlanan suallı müraciətlərə verdiyi cavablarda kifayət qədər qanuna, əxlaqa zidd məqamlar vardır. Məsələn, azyaşlı, südəmər körpə uşaqla cinsi əlaqəyə girmək haqqındakı suala müsbət cavab verərək bu işin icazəli olmasını bildirir, hətta başqa adamların adlarını çəkərək fikrini əsaslandırmağa da çalışır. Bu iyrəncliyə din adı qoyub, özünü də Şeyx adlandıran Cavid Məmmədovların, Qamət Süleymanovların fəaliyyəti görəsən kimə və kimlərə lazımdır… Uşaqbazlığı açıq-aşkar təbliğ edərək guya İslam dininin də buna icazə verdiyini deyən bir şəxsi din alimi kimi xalqa sırıyanlar hansı məqsədi güdür görəsən? Gənclərimizin, gələcəyimizin təhsil, tədris, idman, mənəvi dəyərlərə bağlılıq, vətənpərvrərlik üzərində bərqərar olaraq müasir tələblərə uyğun savadlı vətəndaş olmalarına belələri əngəl törədirlər. Ümidvarıq ki, xaricdə təhsil alanları dini işlərə təyin edərkən yüz ölçüb bir biçmək məsəli unudulmayacaq və bu kimi halların qarşısı alınacaqdır.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dini Komitə ilə Şeyxin idarəsi arasında nələr baş verir?

    Dini Komitə ilə Şeyxin idarəsi arasında nələr baş ...

    25-02-2014, 13:52

  • 
  • Nurçuluq ölkədə rəsmən qadağan olunur

    Nurçuluq ölkədə rəsmən qadağan olunur ...

    17-04-2014, 10:13

  • 
  • Xaricdə 2166 nəfər dini təhsil alır

    Xaricdə 2166 nəfər dini təhsil alır ...

    2-12-2015, 15:16

  • 
  • Dini Komitə radikalları günahlandırdı: “Bu yazıları onlar uydurur”

    Dini Komitə radikalları günahlandırdı: “Bu ...

    25-02-2014, 11:56

  • 
  • Təhsil Nazirliyi Şeyxin idarəsinin təklifini dəstəkləmədi

    Təhsil Nazirliyi Şeyxin idarəsinin təklifini ...

    7-02-2014, 12:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu