Oktyabrın 14-də bir qrup futbol azarkeşi Niderlandın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Azarkeşlər "Ədalətsiz hakim!", "Futbol siyasətdən kənardır!", "Holland pendirinə “hə”, hollandiyalı hakimə yox!” və başqa şüarlar qaldırıb.
Buna oktyabrın 13-də Niderlanddan olan hakim Dennis Higlerin "Avro 2020" çərçivəsində keçirilən Macarıstan - Azərbaycan seçmə futbol matçında Azərbaycanın yığma komandasının vurduğu qolu hesaba almaması səbəb olub.
Belə ki, hakim Dennis Higler oyuna əlavə edilmiş vaxtda Azərbaycan yığmasının oyunçusu Bəhlül Mustafazadənin vurduğu qolu hesaba almayıb. Yarış 1-0 Macarıstanın xeyrinə başa çatıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?