Bərdə rayonunda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə əməliyyat keçirilib.
Gundemxeber.Az xəbər verir ki, baxış zamanı vətandaşa məxsus həyətyanı sahədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yararsız və sümükdən ayırılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kq ət aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı, ətin kəskin iyli olduğu məlum olub. Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?