Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçın Ankara qalasından yıxılaraq ölüb.
Gundemxeber.Az bildiirir ki, Ötən gecə Türkiyə bayrağının olduğu Ankara qalasından iki nəfər yıxılıb. Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb edilib. Araşdırma zamanı gənclərin 70 metr hündürülükdən düşdükləri məlum olub. Onlar yıxılan zaman qayalara çarpılıblar. Nəticədə gənclərdən bir ölüb, digəri yaralanıb. Ölən gənc MHP sədrinin müavini Semih Yalçının oğludur. Yaralı gənc dövlət xəstəxanasına yerləşdirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?