Xəbər verildiyi kimi, oktyabrın 17-dən 18-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısında yenidoğulmuş körpə tapılıb. Uşaq tapılanda qutunun içərisində yorğançaya bükülmüş vəziyyətdə olub.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış birgünlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Uşağın vəziyyəti ağır olub, buna görə də qanı təmizlənib, bütün tibbi yardımlar göstərilib. Həkimlər körpənin vəziyyətini ağır kimi qiymətləndirirlər.
Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Qeyd edək ki, körpənin kim tərəfindən atıldığı məlum deyil, faktla bağlı araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?