Məlum olduğu kimi, iki gün bundan öncə – oktyabrın 19-u axşam saatlarında Şabran rayonunda baş verib.
Gundemxeber.Az bildirir ki, 22 yaşlı gənc özünü Şabran rayonunda kirayə qaldıqları mənzildə asaraq intihar edib. Konkret.az saytının əməkdaşı intiharın təfərrüatlarını araşdırmaq üçün mərhumun ailə üzvləri ilə görüşüb.
Qeyd edək ki, intihar edən şəxs Quba rayon Xaltan kənd sakini 1997-ci il təvəllüdlü Əliməmmədov Mərhəmət Zahid oğludur. O anası ilə Şabran rayonunda kirayə qalıb şəxsi təsərrüfatlarda fəhlə işləyirdi. Anası ilə çiyin-çiyinə çalışan Mərhəmət Əliməmmədov hər zaman sosial durumlarından dolayı gileylənmiş və buna görə özünü anasının qarşısında günahkar bilmişdi.
“Hələ cavanam, ana. Amma mütləq səni bir gün xöşbəxt edəcəm. Rahat və gözəl bir ev alacam sənin üçün, anacan. Və heç vaxt işləməyəcəksən. Az qalıb. Bir az da döz, ana”.
Mərhəmət Əliməmmədov bu sözləri intihar etməmişdən qabaq anasına deyib. Amma sonda nə anasına, nə də cavan canına mərhəmət göstərmədən intihar yolu seçib. İntihar etməzdən öncə anası üçün bir məktub da yazdı.
“Bağışla məni, ana. Nə səni yaşada bildim, nə də özümü. Qurban olum, ana, bağışla məni”.
Mərhəmət Əliməmmədov doğulduğu Quba rayonunda dəfn edilib. Faktla əlaqədar Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?