Xətai rayon məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə psixoloq Nərmin Şahmarzadəyə qarşı iddia üzrə proses yekunlaşıb.
Məhkəmə onu CM-in 148-ci (təhqir) maddəsi ilə təqsirli bilərək, 147-ci (böhtan) maddəsi ilə isə ona bəraət verərək, 400 saatlıq ictimai işlərə məhkum edib.
Xatırladaq ki, ötən il dekabrın sonlarında Şahmarzadə sosial şəbəkələrdə milli qəhrəman Mübariz İbrahimov haqqında yazı dərc edib. O, onun qəhrəmanlığını şübhə altına qoyub. Bundan sonra İbrahimovun anası xüsusi ittiham qaydasında iddia qaldırıb.
Mübariz İbrahimov 2010-cu il iyunun 18-də Tərtər istiqamətində cəbhə xəttində 4 erməni hərbiçisini öldürərək və bir neçə hərbiçini yaralayaraq, həlak olub.
Şahmarzadə bugünki prosesdə bildirib ki, İbrahimovun xatirəsini təhqir etməyib . O, həmçinin qeyd edib ki, Qarabağ münaqişəsinin dinc yolla həllini istəyir və heç kimin ölməsini istəmir.
Onun vəkili öz növbəsində bildirib ki, Şahmarzadənin yazısında təhqir deyil, sadəcə tənqid var idi. Vəkil məhkəmədən Şahmarzadəyə bəraət verməsini xahiş edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?